• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Üstünə altımərtəbəli bina aşan adam sağ qaldı – FOTOLAR

  • Maraqlı
  • 12 Avqust 2014 17:38
  • 431 Baxış
Üstünə altımərtəbəli bina aşan adam sağ qaldı – FOTOLAR

Əcəllə çiling-ağac oynayanların siyahısına daha bir nəfər Tailanddan qoşulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tailandın Patxumtxani vilayətində yeni tikilən altımərtəbəli bina çöküb. Qəzada üç nəfər ölüb, 15 nəfər yaralanıb.

Xilasedicilər ərazini bir neçə gün tonlarla dəmir beton konstruksiyadan təmizləyiblər. İşin yekunlaşmasına az qalmış beton plitələrdən birinin altından onlara tərəf uzanan əli görüblər.

Çətin olsa da, yaralını xarabalıqların altından çıxarmaq mümkün olub. Hazırda onun vəziyyəti yaxşıdır.

Publika.az xilasetmə zamanı çəkilmiş fotoları təqdim edir.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR