• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhur siyasətçilərin qalmaqallı açıqlamaları: “O, qoca ifritədir” - FOTOLAR

  • Maraqlı
  • 12 Avqust 2014 18:48
  • 911 Baxış
Məşhur siyasətçilərin qalmaqallı açıqlamaları: “O, qoca ifritədir” - FOTOLAR

Siyasət aləmi emosiyaların professional iş həyatına qarışdığı sahədir. Emosiyalarına hakim ola bilməyən təcrübəli siyasətçilər bəzən dahi Taleyranın “dil fikri demək üçün deyil, gizlətmək üçündür” deyimini unudurlar.

Bu unutqanlıq ona gətirib çıxarır ki, bəzən gözünü yumub, ağzını açan siyasətçilərin ittiham, təhqir, sensasiya dolu açıqlamaları necə deyərlər araya qan salır... Belə qalmaqallı açıqlamalar kifayət qədərdir.

Modern.az saytı müasir dünya siyasətçilərinin sərt sözlərdən ibarət açıqlamalarından nümunələr təqdim edir.

Uruqvay prezidenti: “O, qoca ifritədir”

Bu ilin aprel ayında dünyanın ən nümunəvi, yoxsul prezidentlərindən sayılan Uruqvay prezidenti Xose Muxika qalmaqallı bəyanatı ilə gündəmə gəldi.

Belə ki, o, mətbuat konfranslarından birinin fasiləsi zamanı qarşısındakı mikrofonun sönülü olduğunu zənn edib və argentinalı həmkarı, xanım Kristina Kirşner barədə sərt ifadələr işlədib.

“Bu qoca ifritə o biri çəpgözdən daha betərdi”, – deyə Muxiko öz köməkçisinə müraciətində Argenitinanın xanlm prezidenti haqqında demişdi.

Jurnalistlər müəyyən etmişdilər ki, bu sözlər Argentina prezidenti Kiristina Kirşnerə, “çəpgöz” ifadəsi isə onun mərhum həyat yoldaşı, sol gözündə həqiqətən çəpgözlük olan Nestor Kirşnerə ünvanlanıb.

Uruqvay prezidenti qadın həmkarının ölkəsində keçirdiyi sosial islahatlardan daim narazılığını ifadə edirdi. İki ölkə arasında münasibətlər qarşılıqlı notaların verilməsinə qədər gərginləşmişdi.

Sonda Muxika geri addım ataraq, səsləndirdiyi fikirləri Kirşnerə ünvanlamadığını bildirdi.

Aleksandr Lukaşenko: “Barrozo keçidir”

Belarusun əvəzsiz və çoxillik prezidenti, “Avropanın sonuncu diktatoru” adlandırılan Aleksandr Lukaşenko ondan demokratik islahatlar tələb edən Avropa Birliyini daim sərt tənqidlərə tutur. Belə sərt çıxışlarının birində Lukaşenko Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozonu keçi adlandırmışdı.

“Barrozo və digər keçilərə gəldikdə, kimdir axı Barrozo? Portuqaliyada bir Barrozo var idi, onu da Avropa Komissiyasına düzəltdilər. Avropa məmurlarından kimin “qatıqladığını izləmirəm”. Onların sayı minlərlədir”, - deyə Lulaşenko sərt açıqlama vermişdi.

Onun Barrozoya qəzəblənməsinə səbəb isə Avropa komissarının Kiyevdə keçiriləcək nüvə təhlükəsizliyi sammitinə gəlmək qarşılığında Belarus prezidentini orada görmək istəməməsi idi.

Uqo Çaves: “Dünən bu kürsüdə iblis var idi”

Ötən il dünyasını dəyişən Venesuela prezidenti Uqo Çaves isə anti-amerikan bəyanatları ilə daim gündəmdə olub.

2006-cı ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Çaves ondan bir gün öncə bu kürsüdə çıxış edən amerikalı həmkarı Corc Buşu tənqid atəşinə tutmuşdu: “İblis, insan cildinə girmiş iblis, bu binadadır. Düz bu yerdə. Mən hələ də kükürd iyini hiss edirəm. ABŞ prezidenti insan cildinə girmiş iblisdir. O bizə həyatı öyrədir, özünü dünyanın hökmdarı kimi aparır. Ona psixiatr lazımdır. Onun diaqnozu Hiçkokun filmlərindəkindən də ciddidir”.

Qeyd edək ki, bundan öncə Çaves rəsmi müsahibələrində Corc Buşu “uzunqulaq”, “əyyaş” və “qorxaq” adlandırmışdı.

Vladimir Jirinovski: “Uralda debillər yaşayır”

Sayı-hesabı bilinməyən qalmaqallarda adı hallanan Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski qeyri-ciddi imici və məsuliyyətsiz açıqlamalı ilə daim tənqid olunub. Belə qalmaqallardan biri siyasətçinin 2001-ci ildə “Komsomolskaya qazeta”ya verdiyi müsahibəsi zamanı yaşanıb. Müsahibə zamanı siyasətçi Rusiyanın Ural bölgəsinin sakinlərini “debil” (ağıldankəm) adlandırır.

“Uraqlda ancaq debillər yaşayır. Permdən Yekaterinburqa qədər dəhşətli vəziyyətdir. Onlar debilləşiblər. Camaat orda sağlamdır, amma intellektual baxımdan yoxlasan, hamısı axmaqdı”.

Jirinovski Şimali Qafqaz sakinləri barədə də sərt açıqlamala ilə diqqəti cəlb etmişdi.

“Şimali Qafqazda evlər, iş yerləri tikdik. Onlar isə əvəzində 5-10-15 uşaq doğacaqlar. Onda bütün Rusiya gərək Qafqaza işləsin. Ruslarsa ac və lüt qalsınlar? Ona görə onlarda orta uşaq sayı 1-2 uşaq olmalıdır. 3-cü uşağa görə cərimə təyin olunmalıdır. İstəmirlər, məcbur edərik. İstəmirlər, tikanlı məftillərlə əhatə edərik. İstəmirlər, hər yeri bağlayarıq, yaşayarlar öz qapalı ərazilərində”, – deyə siyasətçi bəyan etmişdi.

Silvio Berluskoni: “Obama Günəş altında çox qalıb, ona görə qaralıb”

2009-cu ildə qalmaqallı italyan siyasətçi Silvio Berluskoni ABŞ prezidenti Barak Obamaya zarafatla “günəş altında çox qalıb, ona görə qaradı” deməsi italyan cəmiyyətində onun irqçilikdə ittiham olunması ilə nəticələnmişdi.

Berluskoni isə əvəzində zarafatını çox uğurlu hesab etdiyini və üzr istəmək niyyətində olmadığı bildirmişdi. Bundan öncə və sonralar da o publikanı öz qeyri-etik sözləri ilə heyrətləndirirdi.

Məsələn, o “amerikalılar İtaliyaya çox pul yatırmalıdır, çünki italyan katibələr çox yaraşıqlı olur”, “italyan qadınlarını zorlamadan qorumaq üçün 10 minlərlə əsgərə ehtiyac var” kimi açıqlamaları ilə tənqid hədəfinə çevrilirdi.

Hafiz Hacıyev: “Sizə qan uddurajam!”

Qeyd edək ki, Azərbaycanda da belə qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn siyasətçi var: məsələn, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev. Doğrudur, yuxarıda adları çəkilən simalarla müqayisə etdikdə Hafiz Hacıyev dünya miqyaslı siyasətçi deyil və onu Azərbaycandan kənarda tanımırlar, amma yenə də MMP sədrini bu siyahıya daxil etmək olar.

Hafiz müəllim öz rəqibləri barədə tez-tez az qala araya qan sala biləcək açıqlamalar verir. O, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, sabiq baş nazir Pənah Hüseyn, bəzi nazirlər və məmurlar haqqında elə açıqlamalar verib ki...

Hafiz Hacıyevin sonuncu gurultulu açıqlamaları keçən ilin payızında Azərbaycanda keçirilən prezident seçkiləri dövrünə təsadüf edir. Onun Cəmil Həsənlinin timsalında müxalifətə ünvanladığı “Hamınızı qırajam, sizə qan uddurajam!” ifadəsi uzun müddət sosial şəbəkə istifadəçilərinin, statuslarından, şərhlərindən, ictimaiyyətin dilindən düşmədi...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR