Fil avtomobilə vuruldu (FOTO)
Bizi izləyin

Bilgi.az

Fil avtomobilə vuruldu (FOTO)

Cənubi Afrikada Filanesburq Milli Parkında tur rəhbərləri tərəfindən inanılmaz görüntülər çəkildi.


ANS PRESS-in məlumatına görə, çıxdıqları safaridə fillərin görünüşünü çəkmək istəyən turistlər həyatlarının ən böyük şokunu yaşayıb. Bütün xəbərdarlıqlara baxmayaraq, filə çox yaxınlaşan bir ailə gözləmədiyi bir vəziyyətlə qarşılaşıb.

Yanına yaxınlaşan avtomobilə sanki aşiq olan bir iri fil, avtomobillə sevişməyə cəhd edir. Filin ağırlığı avtomobili xəmirə çevirərkən maşındakılar qorxu dolu anlar yaşayıblar.


Şüşələri qırılan avtomobil filin altında qalır. Tavanı çökən və şüşələri çilik-çilik olan avtomobildəki cütlük canlarını qurtardıqları üçün çox sevincli olduqlarını söyləyib.


Qeyd edək ki, filin avtomobilə vurulması ilk belə hadisə deyil.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm