İlanlar qəbirdə nə gəzir? - FOTOFAKT
Bizi izləyin

Bilgi.az

İlanlar qəbirdə nə gəzir? - FOTOFAKT

Şabran rayonunun Baş Gəndob məzarlığında Ələsgərov Hüseyn Mövlud oğlunun məzarı var.

1922-1946 il tarixli bu məzarin sahibi olan dayım Hüseyn müəllim riyaziyyatdan dərs deyirdi.

Subay idi. Adi soyuqlamadan xəstələnib vəfat etmiş bu cavan müəllimin bu gün həyatda məzarı və əla qiymətlərlə dolu olan "zaçot" kitabçası yadigar qalıb.

Bu yaxın günlərdə həmin məzarı bərpa etmək qərarına gəldim. Şənbə günü usta, köməkçisi, molla və mən məzarlığa getdik. Lap uşaq yaşlarımdan bu günə kimi eşidirdim ki, həmişə Hüseyn dayımın sinə daşının üstündə qızıl ilanlar olur. Özüm görməmişdim. Hərə bunu bir cür yozurdu. Bu qədim məzarlıq təpədə yerləşdiyindən yuxarı kəndlərə gedib- gələnlər də bu hadisənin şahidi olublar. Elə o gün də neçə nəfər bunu bizə dedi.

Qəribəsi bu idi ki, deyilənə görə, ilanlar ancaq bu məzarda olurlar. Ya yatan yerdə, ya dalaşan yerdə, ya da ki… Məlumat üçün deyim ki, köhnə qəbirlərdən ancaq dayımın sinə daşı var. 5-6 metrlikdə bir ilan gördük. Sürünüb deşiyə girdi. Usta məsləhət gördü ki, sinə daşını götürüb, dağılmış alt hissəni düzəltsin. Qəbir pilləvari piramida formasında düzəldilmişdi. 2-ci laydakı yan tərəfdəki ağır daşları sökəndə ortada qana bulanmış daşlar və ölmüş iri bir ilan gördük. Təzə ölmüşdü. Və birdən başqa bir daşın altından iri bir ilan dayımın başdaşına tərəf sürünə-sürünə getdi. Şəklini çəkdim. (Video çəkmək yadıma düşmədi.)

İlanın müdrik olduğunu, qızıl üstündə yatdığını bilirəm. Onların tək bu qəbirdə olması, görəsən, nəyin əlamətidir? Niyə bu ilanlar ancaq bir qəbirə aiddir? Ona görə ki, sinə daşı var? Nə çox sinə daşı olan digır qəbirlər. Yoldan keçənlər, şəkilləri görənlərin hərəsi bir ad verirdi ilana. Bəs, sizcə, bu, hansı ilandır?

Hüseyn Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm