Deputatın qardaşı oğurlandı
Bizi izləyin

Bilgi.az

Deputatın qardaşı oğurlandı

Ukraynada deputatın qardaşı oğurlanıb.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Radasının deputatı Oleq Lyaşko öz “Facebook” səhifəsində yazıb: “Dünən Luqanskda terrorçular qardaşım Sergeyi öz evindən oğurlayıblar. İndi o, separatçıların əlindədir, hansısa binanın zirzəmisində saxlanılır. Mən onu xəbərdar etmişdim ki, ailəsi ilə şəhərdən çıxsın. Mənim ucbatımdan ona xətər dəyə bilər. Deyirdi ki, narahat olma, tapa bilməzlər.

Sergey yanğınsöndürəndir. Son anadək şəhərdəki yanğınları söndürür, iş başında olurdu.”

Yazının sonunda Lyaşko qardaşına xitabən, “dözümlü ol, qardaş, biz qalib gələcəyik” yazıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm