Bu ölkənin hər üç sakinindən biri milyonçudur
Bizi izləyin

Bilgi.az

Bu ölkənin hər üç sakinindən biri milyonçudur

Monako dünyada milyonerlərin ən çox toplaşdığı ölkə kimi tanınıb.

Siyahının növbəti yerində isə Sürix, Cenevrə, Nyu-York, Frankfurt və London şəhərləri gəlir.

“Le Fiqaro” mətbuatının yazdığına görə, Monako küçələrində gəzərkən milyonerlərlə qarşılaşmaq mümkündür. Statistikaya görə, burada hər üç sakindən biri milyonerdir.

Monakoda hər kvadratmetrə düşən varlıların sayı iri maliyyə mərkəzləri olan Sürix, Cenevrə, Nyu-York şəhərlərini geridə qoyub. Paris isə bu siyahıda 20-ci yerdə qərarlaşıb.

Ekspertlər isə bu qədər imkanlı insanların bir yerə toplaşmasını təsadüfi hesab etmir. Varlılar maliyyə baxımından əlverişli ölkə axtarırlar. Monakoda isə vergi siyasəti və coğrafi vəziyyət onlara hər cür şərait yaradır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm