Uşaq geyimində 4,5 milyon dollarlıq kokain aşkarlandı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Uşaq geyimində 4,5 milyon dollarlıq kokain aşkarlandı – FOTOLAR

32 yaşlı meksikalı narkotacir 6 ay ərzində yarım milyon dollar qazanıb.

O, narkotik maddələri Meksikadan ABŞ-a keçirmək üçün orijinal üsul tapıb. Hər halda, bu üsulla yarım il ələ keçməyib.

Belə ki, meksikalı kokaini uşaq geyimlərinin içinə dolduraraq sərhəddən keçirməyə nail olurmuş. Lakin ötən həftə gömrükçülərin daha sayıq yoxlamasından sonra meksikalının daşıdığı uşaq geyimlərində 4,5 kiloqram kokain aşkarlanıb. Özü də nə az, nə çox, düz 4,5 milyon dollar dəyərində.

Bu cinayətə görə narkotaciri, ən azı, 14 il həbs cəzası gözləyir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm