İŞİD Hələbə tərəf irəliləyir
Bizi izləyin

Bilgi.az

İŞİD Hələbə tərəf irəliləyir

İraq Şam İslam Dövlətinin (İŞİD) Hələb yaxınlığındakı bir çox bölgələri işğal etdiyi və Hələbə tərəf irəlilədiyi bildirilib.

Publika.az xəbər verir ki, İraqla bərabər Suriyada da işğallarında davam edən İŞİD terror təşkilatı Suriyanın Rakka və Deyr Əzzordan sonra ən böyük ikinci şəhəri olan Hələbə tərəf irəliləməyə başlayıb. Hələb yaxınlğında İŞİD ilə müxaliflər arasında intensiv atışmaların olduğu xəbərləri gəlir. Şiddətli toqquşmalardan sonra İŞİD-in Hələbin şimalında yerləşən Akhtarin vilayəti ilə bərabər bir çox bölgələri işğal etdiyi bildirilib.

Müxaliflərə yaxın mənbələr bildirdiyinə görə, İŞİD xeyli vilayət və qəsəbəni işğal edib. Şiddətli atışmalardan sonra terrorçuların bu gün səhər Türkmən, Akhtarin, Barah, Elquz, Məsudiyə, Əziziyə, Duybıq kimi yaşayış yerlərini işğal etdikləri qeyd edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm