Getdikcə çirkinləşən məşhurlar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Getdikcə çirkinləşən məşhurlar – FOTOLAR

Ekranlar önündən pərəstiş etdiyimiz məşhurlar da nə vaxtsa qocalır və çirkinləşirlər. Sözsüz ki, onların bu vəziyyətə düşməsinə yaşla bərabər narkotik vasitələr və uğursuz cərrahi əməliyyatlar da səbəb olub.

Vaxtilə pərəstiş etdiyimiz Hollivud məşhurlarının bir çoxları indi qocaldıqlarına və çirkinləşdiklərinə görə vacib tədbirdə iştirak etməkdən də boyun qaçırırlar.

  1. Kit Riçards “The Rollings Stones” qrupunun əsasını qoyanlardan biridir. Yaşının çox olmasına baxmayaraq, o, hələ də gitarada ifa edir. Kit uzun müddət psixotrop maddələrdən sui-istifadə edib. İndi isə o, 70 yaşında “canlı ölüyə” bənzəyir.
  2. Lindsey Lohan uzun müddət Hollivudun ən çılğın və seksual qadını hesab edilib. Lakin onun ailə uğursuzluqları və anormal davranışı hər şeyi dəyişdi. 2005-ci ildən etibarən Lindsi - Disney şahzadəsindən qorxunc bir insana çevrilməyə başladı. O, içməyə, narkotik vasitələrdən sui-istifadə etməyə başladı, nəticədə 28 yaşlı aktrisa müalicə kursu keçməli oldu. Bundan sonra onun karyerası da dağıldı. İndi isə 28 yaşlı aktrisa 50 yaşlı qadına bənzəyir.
  3. Məşhur aktyor Mikki Rurk çox istedadlı insandır. Lakin o, artıq əvvəlki kimi gənc, yaraşıqlı aktyor deyil. Peşəkar boks ona əsrarəngiz bədən quruluşu bəxş etsə də, simasının çirkinləşməsinə səbəb olub. Üzündə yaranmış qüsurları aradan qaldırmaq üçün Rurk, həqiqətən də, cərrahi əməliyyata razılaşmalı idi. Nəticə isə göz qabağındadır. Bədən yaraşıqlı qalsa da, Rurk əvvəlki füsunkar simasını itirib.
  4. Cenis Dikinson isə ironik səslənsə də, gözəllik bələdçisi və model biznesinin eksperti kimi çıxış edir. Lakin gəncliyində o, gözəlliyi ilə Avropa və ABŞ-da dillər əzbəri olub. Stressdən həzm pozğunluğuna düçar olanra Cenis spirtli içkiyə əl atmalı olub. Bu səbəbdən də, keçmiş model gəncliyini qaytarmaq üçün plastik cərrahlara üz tutmalı olub. Həkimlərin müdaxiləsi də Cenisə arzuolunan nəticəni verməyib. Hazırda o, küpəgirən qarıya oxşayır.
  5. “Altıncı hiss” filmindən tanıdığımız və uşaq rollarının mükəmməl ifaçısı Heyli Coel Osment uşaqlıqda həqiqətən də çox gözəl olub. Lakin aktyor böyüdükcə sanki tam başqa insana çevrilib. Hollivudun ən cazibədar simalarından biri olan aktyor elə yöndəmsizləşib ki, o, artıq kadrarxası çəkilişlərə dəvət olunur.
  6. Melani Qriffit heç zaman ideal gözəl olmayıb. Lakin hər halda, onun cavanlığında indikindən dəfələrlə cazibədar olması dəqiqdir. İndi isə Melani çoxqatlı makiyaj olmadan nadir hallarda ictimaiyyət qarşısına çıxır. Plastik əməliyyatın bolluğu, qadağan edilmiş preparatlar və xəyanətkar ərinin təsirləri özünü göstərir.
  7. Aktrisa Ellen Barkin gəncliyində kimi gümrah görünmür. Sinə implantı, dodaq şişirdilməsi, dəri dartılması onu tamam dəyişib. Lakin bu dəyişiklik müsbət tərəfə olmayıb.
  8. Bəs, seksual Lük Skayuokerin bəs başına nə gəlib? “Ulduz müharibələri” serialının qəhrəmanı getdikcə çəki yığmağa başlayıb.
  9. Teri Hetçer indi daha çox ev qadınlarına bənzəyir. O, uzun müddət botoksdan istifadə edib. Nəticədə isə, üz dərsinin bəzi yerləri dartıldığı halda, digər hissələri qırış basıb.
  10. Kortni Lav hər zaman yeriyən bəla olub. O, öz zamanının ən gözəl qızı hesab edilib. Yaraşıqlı müğənni bədənini narkotik və spirtli içkilərlə doldurduqdan sonra çirkinləşib. Bu azmış kimi, Kurt Kobeynin dul arvadı artıq kilo da yığmağa başlayıb. Sinə, burun, dodaq əməliyyatı keçirib. Kurt öldükdən sonra Kortni bax belə tanınmaz hala düşüb.
  11. Betmeni oynayan aktyorun məhz Vel Kilmer olduğunu təsəvvür etmək çox çətindir.
  12. Coan Van Ark uzun illər televiziya serialları və şoularında çəkilib. İndi isə belə bir sifətlə iş tapa bilmir. Coan özünə layiqincə qocalmağa imkan vermədiyindən qəribə dodaq, göz və burun onu qorxunc meyitə çevirib.
  13. Aktyor Nik Nolti nə vaxtsa ən seksual kişi adına layiq görülüb. İndi isə bu heç kimi ağlına belə gəlməz.
  14. Con Travolta öz zamanında Corc Kluninin sevgilisini əlindən ala bilib. Qocaldıqca Con plastik əməliyyata əl ataraq parikdən istifadə etməyə başlayıb. Bu görkəmlə lap İosif Kobzona bənzəyir. Onun çənəsindəki özünəməxsus batıq, yaxşı ki, hələ yerindədir.
  15. Milyonlarla qızın sevimlisi Aksel “Guns N’Roses” qrupunun baş ifaçısıdır. Narkotik vasitələr bax onu bu günə qoyub.
  16. Hari Büzi gəncliyində öz gözəlliyi ilə çox da fərqlənməyib. Motosikldə dəbilqəsiz idarə zamanı qəzaya düşmüş və gözündən məhrum olub. İndi isə aktyor süni şüşə gözdən istifadə edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm