• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Makkeynlə Bağdadinin fotosu yalan çıxdı

  • Maraqlı
  • 13 Avqust 2014 16:22
  • 665 Baxış
Makkeynlə Bağdadinin fotosu yalan çıxdı

ABŞ senatoru Con Makkeyn ilə İŞİD terror təşkilatının lideri olan Əbubəkr Bağdadinin birgə fotosu rezonansa səbəb olmuşdu.

Publika.az xəbər verir ki, ABŞ senatoru Con Makkeyn ilə İŞİD terror təşkilatının lideri olan Əbubəkr Bağdadinin olduğu iddia edilən foto müzakirələrə səbəb olub. Lakin fotodakılar Makkeyn və Azad Suriya Ordusunun (ASO) üzvləridir.

2013-cü il may 27-də xüsusi təyyarə ilə Türkiyənin Qaziantep şəhərinə gələn ABŞ senatoru Con Makkeyn və heyəti Kilis polis iradəsinin ciddi mühafizəsi altında Suriyaya keçərək ASO üzvləri ilə görüşüb. Görüşün keçirildiyi vaxtda İŞİD adı Suriyada və ya İraqdakı hər hansı terraktda hallanmayıb. Foto o zaman ASO tərəfindən internetə yüklənib.

Ən əsası, buna ciddi sübut kimi fotodakı ASO bayrağını göstərmək olar.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR