Jurnalist Bin Ladenin maskasını geyib sərhədi keçdi
Bizi izləyin

Bilgi.az

Jurnalist Bin Ladenin maskasını geyib sərhədi keçdi

Amerikalı jurnalist Ceyms Okif “Əl-Qaidə”nin keçmiş lideri Üsamə Bin Ladenin maskasını taxıb, onun kimi geyinərək ABŞ-Meksika sərhədini rahatca keçib.

Publika.az “The Washington Times” qəzetinə istinadən xəbər verir ki, bu yolla o, Amerika siyasətçilərinin “Sərhədlərimiz etibarlı surətdə qorunur” sözlərini reallıqda yoxlamaq istəyib. Ceyms eksperiment üçün sərhədin Rio Qranada çayı yaxınlığından keçən hissəsini seçib.

Əvvəlcə o, sərhədi adi geyimdə - köynək və şalvarda keçib. Sonra eyni məqsədlə hərbi geyimdən və Bin Ladenin maskasından istifadə edib. Hər iki halda, onu heç kim saxlamayıb: “Heç bir maneə görmədim. Nə divarlar, nə silahlı adamlar. Hər gün minlərlə insan Hondurasdan, Meksikadan qeyri-leqal olaraq sərhədi keçir. Amerika prezidentinin “sərhədlərimiz etibarlı qorunur” ifadəsi həqiqətəuyğun deyil”.

ABŞ Dövlət Sərhəd Xidmətindən isə məsələyə rəsmi münasibət bildirərkən deyiblər ki, iş qrafiki gərgindir. Onlar eyni zamanda ərazinin hər yerində ola bilməzlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm