Nəhəng hörümçək efiri tutdu
Bizi izləyin

Bilgi.az

Nəhəng hörümçək efiri tutdu

Şotlandiya tamaşaçıları "BBC" kanalınında xəbərlər yerinə vəhşi təbiət verilişləri ruhunda görüntüyə baxmalı olublar.

Publika.az-ın məlumatına görə, aparıcı Qrem Stüart son xəbərləri şərh edərkən ekranın kənarında şikarına cuman nəhəng hörümçək peyda olub.

Məsələ bundadır ki, kiçik həşərat hörümçəyin kameranın obyektivinə hördüyü tora ilişir. Tezliklə hörümçək özü də peyda olur. Hadisə videokameranın linzasına yaxın məsafədə baş verdiyindən milçəyi udan hörümçək tamaşaçılara nəhəng görünür. O şikarını tez ələ keçirib kadrdan çıxır.

Aparıcı hörümçəyin peyda olmasını təbii olaraq hiss etmir. Həmin buraxılışın videoyazısı sosial şəbəkələrdə tez yayılmağa başlayır, Qrem Stüart isə daha sonra hörümçəklə bağlı hadisədən bixəbər olduğunu etiraf edərək, yalnız “Tvitter”ə baxdıqdan sonra bilib.

Britaniya KİV hörümçək ucbatından xəbərə diqqət yetirməyən tamaşaçıları da unutmayaraq: Stüartın Aberdində keçirilən Gənclər Festivalının sədrinin istefa verməsi barədə danışdığını bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm