Aktyorun ölümündən xəbər tutan qorilla ağladı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Aktyorun ölümündən xəbər tutan qorilla ağladı - FOTOLAR

Barmaq hərəkətləri ilə danışan qorilla Koko, dostu Robin Uilyamsın ölüm xəbərini aldıqdan sonra ağlamsınıb.

Robin Uilyams 2001-ci ildə Kokonun yaşadığı tədqiqat mərkəzini ziyarət edib. Aktyor tez bir zamanda qorilla ilə dostlaşaraq yarım ildən sonra onu ilk dəfə güldürə bilib. Xatırladaq ki, Kokonun 27 yaşlı qorilla dostu Maykl öldükdən sonra o, yarım il gülməyib.

Həkim Penni Patterson Koko.org saytında yazıb: “O, çox məyus oldu”.

Şimali Karolina mərkəzinin iş heyətinin sözlərinə görə qorillaya Robinin ölüm xəbərini verdikdə o çox məyus olub. Əməkdaşların sözlərinə görə, Koko aşağı dodağını sallayaraq barmaq hərəkətləri ilə “qadın ağlayır” deyib. "Qadın" deyərkən Koko özünü nəzərdə tutub.

Qeyd edək ki, Hollivud aktyoru Robin Uilyams avqustun 11-i intihar edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm