Bilgi.az
Ərinə görə karyerasından imtina edən müğənni
Müğənni Selin Dion və əri Rene Anjelil ən möhkəm cütlüklərdən biri hesab edilir. Ərinə sadiq olan 46 yaşlı müğənni 72 yaşlı ərinə görə naməlum vaxtadək musiqi karyerasına fasilə verib. Selin ərinin səhhətinə görə Asiya ölkələrində baş tutacaq qastrol səfərindən imtina edib.
Xatırladaq ki, dekabrda Rene boğazından bədxassəli şiş əməliyyatı keçirdib. Xəstəlik Renedə 1999-cu ildən aşkar edilib. 15 il müddətində əri ilə birgə xəstəliklə mübarizə aparan müğənni dəfələrlə karyerasına ara verməli olub. İndi isə Selinin nə vaxtadək musiqi aləmindən uzaq duracağı bəlli deyil.
Qeyd edək ki, Rene Anjelillə müğənni 12 yaşında tanış olub. 7 ildən sonra onlar sevgi münasibətində olublar. 1994-cü ildə isə Selin Dion və Rene Anjelil Monreal şəhərində ailə həyatı qurublar. Cütlüyün 3 oğlu var.
Nura
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!