• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanlı model Aylar Layın həyat hekayəsi – FOTOLAR

  • Maraqlı
  • 15 Avqust 2014 14:20
  • 2 831 Baxış
Azərbaycanlı model  Aylar Layın həyat hekayəsi – FOTOLAR

Əslən Güney Azərbaycanından olan Aylar Lay (Aylar Lie) Norveç manekeni və keçmiş pornoaktrisasıdır. Aylar İsveç diceyi olan Basshunterin ("Now You're Gone", "All I Ever Wanted","I Miss You" və "Angel in the Night") bir neçə klipində də çəkilib.

O, İranda Şarare Diyanəti kimi tanınıb. Hazırda musiqi sənayesində aktrisa və müğənni kimi fəaliyyət göstərən Aylar 1984-cü il fevralın 12-də Tehranda anadan olub.

İranda anadan olsa da, Ayların 2 yaşı olarkən ailəsi sonradan Norveçə köçüb. Üç yaşlı qızcığazı ailəsindən alınıb, norveçli ailənin himayəsinə verilir. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb. Fars, norveç və ingilis dillərinə yiyələnib. Məktəbi bitirdikdən sonra Aylar pornofilmlərdə çəkilməyə başlayıb. Bioloji anası ABŞ-a qaçsa da, atası Norveçdə uzun müddət hüquq-mühafizə orqanları ilə mübarizə aparmalı olub. Aylar 16 yaşı olanda İrana, doğma atasını ziyarət etməyə gedir. Lakin İrandan onun geriyə qayıtmasına icazə verilmir. Onu himayə edən valideynlərinin və Norveç Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra qız İrandan çıxaraq Norveçə qayıdır. Bu hadisələrdən depressiyaya düşən Aylar atası və ata qohumları ilə əlaqəsini kəsir. Az sonra Amerikadakı anası onunla əlaqə saxlayaraq qızı ABŞ-a çağırır. Onu himayə edən valideynləri bunun qarşısını almaq istəsələr də, Aylar ABŞ-a anasının yanına gedir. 18 yaşı tamam olduğu üçün o, təhsilini Los-Ancelesdə davam etdirmək istəyir. Lakin bu arzular onun həyatına böyük zərbə vurur. Anasının yeni əri, Aylanın atalığı qıza təcavüz edir. Qorxmuş qız onlardan qaçır. Tək qalan və nə edəcəyini bilməyən Aylar onu himayə edən valideynlərinə zəng vurmağa cəsarət etmir. Problemini özü həll edəcəyini düşünən Aylar əsəb gərginliyi keçirdiyindən pis mühitə düşür və narkotik vasitələrdən istifadə etməyə başlayır. O, Los-Ancelesdə yaşayan İran pozğunları ilə oturub-durur. Narkotikaya tələbat onu pornofilmlərə çəkilməyə sürükləyir. 2002-2003-cü illərdə o bir sıra belə filmlərdə çəkilir. Narkotikdən asılılığa görə xəstəxanaya düşür. Sonra Norveçə qayıdır. İrandan qaçdıqdan sonra ABŞ-a böyük ümidlərlə yollanmış və oradan depressiya ilə qayıtmış Aylar hər şeyə rəğmən, yenidən həyatın hər anına sevinməyə başlayır.

Diana təxəllüsü ilə bir neçə pornofilmə çəkildikdən sonra Aylar model fəaliyyətinə başlamaq qərarına gəlir. 2004-cü ildə o, “Miss Norveç” yarışına qatılır, lakin əvvəllər pornofilmlərdə çəkildiyinə görə buradan qovulur, belə ki, şərtlərə görə, yarışa qatılanların heç biri əvvəllər çılpaq çəkilişlərdə iştirak etməməliydilər.

Sirrin üstü açıldıqdan sonra bu xəbərdən ailəsi də məyus olur. Aylar pornofilmlərdə çəkildiyinə görə onun İrana girişinə qadağa qoyulub və buna görə oradakı atasını ziyarət edə bilmir. Aylar öz müsahibələrində keçmişdə pornofilmlərdə çəkildiyinə görə çox peşman olduğunu bildirib. 2004-cü ildə Aylar britaniyalı estrada ulduzu Robbi Uilyamsla sekslə məşğul olduğunu iddia edib, lakin Vilyams bu iddiaları qətiyyətlə təkzib edib.

2004-cü ildə xəbər yayıldıqdan sonra müsəlmanlar onu öldürməklə hədələyir. Skandinaviyada “Şərəf Qatilləri”nin sayı çox olduğu üçün həyatını xilas etmək üçün Norveçi tərk etməli olur. Müsəlmanlar onu İranı və İslamı biabır etməsində günahlandırır. Dostlarından və ailəsindən ayrılan Aylar özünü qlamur model kimi sınamağa başlayır. 2006-cı illərdə isə o, bir sıra musiqi kliplərində çəkilməyə başlayır. Elə özü də oxumağa başlayır. Tezliklə, onun da albomu çıxır. Uzun zamandan sonra o, 2010-cu ildə Norveçə qayıdaraq təhsilini davam etdirir. Lakin AntiAylar kampaniyası onu yenə də izləməyə başlayır.

Aylar özü isə keçmiş səhvlərindən dərs götürərək güclü bir qadına çevrilir. O, hazırda model və müğənni kimi çalışır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR