İtkin düşən təyyarə ilə bağlı daha bir müəmma
Bizi izləyin

Bilgi.az

İtkin düşən təyyarə ilə bağlı daha bir müəmma

Malayziyanın Kuala-Lumpur şəhərində yerləşən bank itkin düşmüş MH370 təyyarəsində dörd sərnişinin hesabından 33 min dollar oğurlandığını deyib.

Təyyarə martın 8-də naməlum səbəblərdən Hind Okeanında yoxa çıxıb. İtkin düşmüş təyyarənin axtarışları hələ də davam etdirilir. Kuala-Lumpur bankı isə təyyarədə olan 3 sərnişinin hesabından pulun həmin təyyarədə olan 4-cü sərnişinin hesabına köçürüldüyünü və məbləğin 4-cü sərnişindən oğurlandığını xəbər verib. Ümumilikdə, 33 min dollar 4-cü sərnişinin hesabından iyulun 18-də yoxa çıxıb.

Hesab olunur ki, 4-cü sərnişinin pulları bankomat vasitəsilə çıxarılıb.

Qeyd edək ki, martın 8-i Kuala Lumpurdan Pekinə uçan təyyarədə 239 sərnişin olub. İtkin düşmüş təyyarənin qalığı da tapılmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm