On altı illik tətil
Bizi izləyin

Bilgi.az

On altı illik tətil

Böyük Britaniyadan olan ər-arvad öz yelkənli qayıqlarında səyahətə çıxıblar. Klayv və Ceyn İrlandiya və İspaniyada qısamüddətli tətil etməyi düşünüblər. Lakin tətil 16 il çəkib. Klayv Qrin və onun arvadı Ceyn 1998-ci ilin iyulunda ölkədən çıxıb və evə yalnız 2014-cü ildə qayıdıblar.

Hər şey cütlüyün “Jane G” adı verdikləri yeni yaxta əldə etməsindən sonra başlayıb. Görünür, yeni qayıq onların çox xoşuna gəlib və dənizçilər səyahətin ömrünü 16 il artırmaq istəyiblər. Bu səbəbdən də, bütün dünyanı gəzişən ər-arvad son anda vətənləri Qərbi Uelsə dönüblər.

Xarici mətbuat xəbər verir ki, ər-arvad İspaniyadan Kabo-Verde adasına, ondan sonra isə Atlantik okeanı vasitəsilə Barbadosa kimi gediblər. Beləliklə, ər-arvad ABŞ və Kanadayadək səyahət ediblər. Onlar geri qayıdaraq Panama kanalı vasitəsilə Sakit okeana çıxıb, okean vasitəsilə isə Avstraliyaya gediblər. Oradan qayıqla Cənub-Şərqi Asiyaya və Hindistana üzən cütlük Süveyş kanalı ilə Aralıq dənizinə çıxaraq 2 ili orada keçiriblər.

Cütlük həftəyə təxminən 200 dollar xərcləyib. Ailə əlində olan mülklərin bəzilərini satıb, bəzilərini isə dəyişib. Ceyn Qrinin özünün dediyi kimi, ən uğurlu sövdələşmə isə onun “Marks & Spencer” büstqalterini bir kisə meyvə-tərəvəzə dəyişməsi olub. Bu sövdələşmə Fici arxipelaqının kiçik bir adasında baş verib.

Ceyn deyir: “Bu adanın sakinləri ingilis dilində danışmırdı və onların məndən nə istədiklərini anlaya bilmirdim. Bu zaman qadının biri koftasını qaldıraraq mənə öz sinəsini göstərdi. O zaman başa düşdüm ki, ona mənim büstqalterim lazımdır. Mən ona bir neçə büstqalter, o isə öz növbəsində mənə bir aylıq meyvə-tərəvəz ehtiyatı verdi”.

Ər-arvadın sözlərinə görə, onlar bu illər ərzində, bir dəfə də olsun, mübahisə etməyiblər. 62 yaşlı Klayv Qrin deyir: “Belə şərtləşdik ki, kim mübahisə etmək istəsə, göyərtəyə çıxıb dor ağacının altında oturacaq. Lakin 16 il ərzində heç birimiz dor ağacının altında oturmadıq”.

Altmış yaşlı Ceyn Qrin isə özünü çox xoşbəxt hiss etdiyini deyir. Bu müddət ərlə arvad bütün dünyanı gəzərək xeyli insanla qarşılaşıb və vəhşi heyvanlarla tanış olublar.

Cütlük təqaüdə erkən çıxıb. Bundan əlavə, övladları olmadığından səyahətə heç nə mane olmayıb. Maraqlısı budur ki, bu illər ərzində ərlə arvadın sağlamlığında da heç bir problem olmayıb. Yalnız bir dəfə Klayvın dişi ağrayıb və o, barmağını sındırıb. Onlar yalnız bir dəfə qorxu yaşayıblar. Belə ki, Somali sahillərində onları kater izləyib. Katerin dəniz quldurlarına məxsus olma ehtimalı onları qorxudub. Sonradan isə onun balıqçı kateri olduğu ortaya çıxıb. Balıqçılardan biri ayağından xəsarət aldığından onlar Qrin ailəsini izləməklə kömək istəyiblər.

16 il, 1 ay, 2 gündən sonra geri qayıdan cütlük yaxınları ilə görüşüb. Lakin onlar bu dəfə Avropaya istiqamətində yeni bir səyahətə çıxmağa hazırlaşırlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm