• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

O zorla evləndirdiyiniz uşaqlar...

  • Maraqlı
  • 1 Fevral 2014 09:41
  • 1 166 Baxış
O zorla evləndirdiyiniz uşaqlar...

Oxuyacaqlarınız bəzilərinizə sərt gələ bilər.

Gəlsin.

Heç bir söz o uşaqların yaşadıqlarından sərt deyil.

Heç bir təbir ölmüş bir qadının cəsədindən soyuq deyil.

Bir ənənəni yıxmaq çətindir.

Lakin artıq kişi şiddəti və zorla evləndirilmə ənənəsini yıxmağın zamanı gəlib.

“Uşaq gəlin” ya da “uşaq kürəkən” kimi anlayış yoxdur.

Uşaq uşaqdır.

Uşaqdan qadın olmaz.

Uşaqdan gəlin olmaz.

Uşaqdan ana olmaz.

Hüquq, erkən yaşda ağıllı olsa belə, on səkkiz yaşı olmayanlara uşaq deyir.

Ənənə və adətlər adı altında seks ticarəti.

Bunun adını qoyaq və açıq-açıq deyək.

Bu cəmiyyətdə analar, atalar və digər ailə böyükləri ənənə adı altında uşaq və seks ticarəti ilə məşğul olur.

Öz uşağını, uşağın razılığı və istəyi olmadan yad adama satır.

Qarşılığında da pul alır.

Ənənənin arxasında gizlənmiş bu qorxunc intizamın yıxılması üçün “mübarizə aparaq” deməklə iş düzəlmir.

Üç dəqiqəlik ağrıyan ürəklərimiz bir işə yaramır.

“12 yaşında evləndi, 13-də ana oldu, 14-də ikinci uşağını erkən doğuşla itirdi və evində ölü tapıldı” cümləsindəki mübtədaya baxmağa adamın ürəyi gəlmir.

Bu ənənəni sarsmaq üçün hüquqi və ictimai baxımdan alçaltmaq, cəzalandırmaq, zehinləri mənfi kodlamaq lazımdır.

Zehniyyət və qavrama sadəcə bu formada dəyişə bilər.

Nəhəng addımlar ataraq...

Nərgiz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR