Bilgi.az
Azərbaycanlı yazıçını döyən rus millətçisi 5 il həbs cəzası aldı – VİDEO
Tanınmış rus millətçisi Maksim Marçinkeviç haqqında məhkəmə hökmü çıxarılıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tesak ləqəbiylə tanınan millətçi ekstremizm maddəsi ilə ittiham olunur.
Tesakın sosial şəbəkələrdə yüzlərlə videoroliki var. Ətrafına özü kimi millətçiləri yığan bu şəxs Moskvada “reydlər” keçirir, miqrantları, seksual azlıqları elə kamera qarşısında döyüb təhqir edir, sonra çəkilişləri sosial şəbəkələrə yerləşdirirdi.
Verilişlərin birində Marçinkeviç Türkmənistanda doğulan, hazırda isə Rusiyada yaşayan Azərbaycan kökənli yazıçı Eduard Bağırovla mübahisə etmişdi. Rusiyanın tanınmış telekanallarının birində birbaşa yayım zamanı onların mübahisəsi əlbəyaxa dava ilə bitmişdi. Qeyd edək ki, Bağırov da Rusiyada qalmaqallı imici ilə tanınır, ruslar haqqında təhqiredici fikirlərin müəllifi kimi məhşurdur.
Tesak sonradan Eduardın evinə soxulub və onu döyüb, təhqir edərək videolentə almışdı.
Məhkəmənin hökmü ilə Marçinkeviç 5 il müddətinə azadlıqdan məhrum edilib.
Milliyətçilərin əhatəsindən isə bildiriblər ki, Rusiyada dövlət siyasəti dəyişir. Əgər əvvəllər himayə edilən, cinayətlərinə göz yumulan Tesaka belə cəza verilirsə, demək, bundan sonra rus millətçiliəri təqib ediləcək.
İlqar Atabəyli
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO