65 nəfəri ilan, 28-ni əqrəb sancıb
Bizi izləyin

Bilgi.az

65 nəfəri ilan, 28-ni əqrəb sancıb

Üç ay ərzində 28 nəfər həşərat sancması ilə bağlı müraciət edib, onların 8-i 13-14 yaşlı uşaq olub. Böyüklər arasında 60-70%-i kişi olub. Bu barədə Publika.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

"Həşəratlar əsasən, sarı əqrəb, qara əqrəb və qara qurd sancması olur ki, onlardan da ölən olmayıb. Hazırda əqrəb sancması ilə bağlı iki nəfər xəstəxanada müalicə alır. Əqrəb sancması da əsasən, Bakı və ətraf kəndlərindəndir. Güzdək, Qaradağ kimi daş karxanası olan ərazilər, Zirə kəndi, Xəzər rayonundan daha çox müraciət olur".

A.Maqsudovun sözlərinə görə, aprel ayının 20-dən bu günə qədər 65 ilan sancması olub, onların 9-u uşaqdır. Hadisələrin yalnız biri ölümlə nəticələnib. Ağsu rayonundan 13 yaşlı uşaq idi. Kənd təsərrüfatı ilə işlərində çalışanlar ilan sancması ilə bağlı daha çox müraciət edir.

A.Maqsudov onu da bildirib ki, ilan və əqrəb sancmaları ilə bağlı müraciətlər ötən illə müqayisədə bu il az olub. Buna səbəb havaların mülayim keçməsidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm