Bilgi.az
Odundan möcüzə yaradan azərbaycanlı (FOTO)
Azərbaycanın turizm rayonlarından biri olan Qəbələnin Vəndam
kəndində yaşayan Şahin Rəhimov məharətli əlləri ilə odun
parçalarını sənət əsərinə çevirir.
ANS PRESS-in məlumatına görə, Rəhimovun taxta materialdan
hazırlandığı maketlər, bəzək əşyaları, miniatürlər və ev əşyaları
görənləri təəccübləndirir. İnsanların sadəcə sobada yandırılacaını
düşündüyü odun parçalarından bədii fiqurlar hazırlayan Rəhimov
əsərlərində keçmişin izlərini yaşatmağa çalışır. Bıçağı ilə
təbiətdə tapdığı hər cür odun parçasına görkəm verən Rəhimov
sənətinin sirlərini yaxınları ilə da bölüşür.
Təxminən 19 ildir ki, oduna maraqlı dizaynlar verən usta
sərgilərindən müxtəlif mükafatlar alıb. Rəhimov yerli və xarici
turistlərin diqqətini çəkərək gördüyü işlərdən yaxşı qazanc da əldə
edir.
Usta Şahin Rəhimov Qəbələyə gələn turistlərin demək olar ki,
hamısının əsərləri ilə maraqlandığını və mübadilə etdiyini
vurğulayıb. Usta sənətkar bəzi böyük fiqurları bir neçə aya
hazırladığını bildirib.
Usta Şahin Rəhimovun əl işləri nəinki Azərbaycanda hətta qonşu
ölkələrdə də marağa səbəb olub. Beləki Türkiyənin ən nüfuzlu
agentliklərindən sayılan Cihan agentliyi həmyerlimizin əl işləri
ilə bağlı geniş bir reportaj hazırlayıb.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO