Vazanı sındırdı, 18 il verdilər
Bizi izləyin

Bilgi.az

Vazanı sındırdı, 18 il verdilər

Milyon dollarlıq vazanı sındıran şəxsin məhkəməsi yekunlaşıb.

Publika.az xəbər verir ki, çinli rəssam Ay Veyveyin fevral ayında Mayaminin "Perez Art Museum" muzeyində sındırılmış iki milyon illik vazalardan ibarət əsəri ətrafında qalmaqal yekunlaşıb.

Ötən gün milyon dollar qiyməti olan artefaktı sındıran Maksimo Kaminero adlı rəssamın məhkəməsi başa çatıb.

Qərara əsasən, Kaminero şərti olaraq 18 il azadlıqdan məhrum edilməklə yanaşı, 10 min dollar məbləğində kompensasiya ödəyəcək və 100 saatlıq islahedici işlərə cəlb olunacaq. Maksimo uşaqlara rəsm dərsləri keçməlidir.

Xatırladaq ki, Maksimo Kamineron açıqlamasında bu hərəkətini Mayamidəki Xorxe Peres adına incəsənət muzeyində yalnız xarici rəssamların sərgilənməsinə etiraz olaraq etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm