Bilgi.az
Leyla Əliyeva azərbaycanlılara müraciət etdi (FOTO)
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva gənclərə müraciət ünvanlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Facebook vasitəsilə oxucularına müraciət edib. Sosial şəbəkənin aktiv istifadəçilərindən olan xanım hər kəsi vətəni sevməyə, onun üçün çalışmağa səsləyib. Onun sözləri minlərlə insan tərəfindən bəyənilib və müzakirə olunub. Leyla xanımın rus dilində paylaşdığı yazını tərcümə edib təqdim edirik:
"Mən Azərbaycanın müstəqilliyini müdafiə edən Silahlı Qüvvələrə,
döyüşçülərə, əsgərlərə, sərhədi mühafizə edən əməkdaşlara, eləcə də
ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə, adi
vətəndaşlara, vətənini sevən hər bir kəsə müraciət edirəm. Bizim
gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birlikdə vətənimizin
sahibiyik. Torpağımızın, ölkəmizin taleyini özümüz həll etmək şansı
qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən
verməmək, müstəqil respublikamızı qoruyub saxlamaqdır. Onu əldə
saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş
dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi
tutmalıyıq. Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri
kimi mən bu tapşırığı özüm üçün borc bilirəm. Ümid edirəm ki, hər
bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab
edir".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK