Gözəl qalmaq üçün ən dəhşətli üsullar
Bizi izləyin

Bilgi.az

Gözəl qalmaq üçün ən dəhşətli üsullar

Gənc qalmaq üçün biz qadınlar nələrə əl atmırıq? Çoxumuz losyon, krem və bu kimi yüngül vasitələrdən istifadə etdiyimiz halda bəziləri daha qorxunc üsullara əl atır.

Publika.az tarixdə gözəllik naminə istifadə olunan ən qorxunc vasitələri təqdim edir. Qeyd edək ki, bu vasitələrdən bəziləri hətta bu günədək qalmaqdadır.

  1. Üz üçün quş ifrazatı. Yapon qızları kimi şumal dəriyə sahib olmağı kim istəməz? Bəs yapon qızların buna necə nail olduğunu bilirsiniz? Üz təmizləyici vasitə kimi istifadə edilən bülbül nəcisi ta qədim zamanlardan bu günədək istifadə olunur. Viktoriya Bekhem və Tom Kruz kimi məşhurlar bu üsuldan istifadə edir. Onlar kimyəvi məhsuldan fərli olaraq qızartı qoymur və yaxşı pilinq effekti yaradır.
  2. Sidiklə ağız yumaq. Sidik ammonyakla zəngin olduğu üçün, qədim romalılar onu ən yaxşı ağız təmizləyicisi hesab edib. Əslində isə, dişləri dezinfeksiya edib ağartdığı üçün bu üsuldan XVIII əsrədək istifadə edilib. Lakin bütün bunlara rəğmən, o həm zərərlidir, həm də adamın nəfəsindən sidik iyi gəlir.
  3. Arsen pəhriz həbləri. Pəhriz həbləri məsum görünə bilər, lakin XIX əsrdə bu həblərin tərkibində arsen və strixnin zəhəri olub. Təəssüf ki, bu maddələr elan olunmadığından pəhriz saxlayan insanlar nə qəbul etdiklərini bilməyiblər. Həbləri qəbul etməklə arsendən zəhərlənmə şəkər, xərçəng və s. ölümcül xəstəliklərə səbəb olur.
  4. Tükləri məhv etmək üçün arsen və əhəng. İndiki dövrdə tükləri asanlıqla məhv etmək olur. Lakin intibah dövründə kişi və qadınlar tükləri tam başqa yolla məhv ediblər. O zaman arsen və əhəng qarışığı qaynadılaraq bədənin tüklü nahiyəsinə çəkilib. Bu gözəllik üsulu kəskin qaşınma, ağır yanıq yarası və arsen zəhərlənməsinə səbəb olub.
  5. Tailand üsullu sillə masajı. Yaxşı sillə üzdə qan dövriyyəsinin hərəkətini tezləşdirir. 330 dollar ödəməklə 15 dəqiqə ərzində həyatınızın ən ağrılı silləsini "yeyə" bilərsiz. Tailandsayağı sillədən sonra üzünüzdə qırış, məsamə, dəri dartılmasından azad olacaqsız.
  6. Zəli terapiyası. 2500 il bundan qabaq Qədim Misirdə istifadə edilən zəli terapiyası dərinin gənc görünməsi, ağrıların azaldılması, qan dövriyyəsinin nizama salınması üçün istifadə edilib. Aktrisa Demi Mur zəli pərəstişkarıdır. O, hər dəfə Avstriyaya gedərək qanın təmizlənməsi üçün zəli terapiyası qəbul edir.
  7. Alovla müalicə. Gündəlik həyatımızda oddan yan keçmək üçün əlimizdən gələni edirik. Lakin Çində alov terapiyası çox məşhurdur. Hu Lia kimi tanına müalicə üsulunda dəsmal alkoqola batırılır və xüsusi "məlhəm" bədənin problemli hissəsinə qoyulur və od vurulur. Ağrılar dözülməz olana qədər bir neçə saniyə içərisində od dərhal söndürülür. Bununla da, dəri stimullaşır, qırışlar açılır. Ekspertlərin fikrincə, bu üsul adi soyuqdəyməni də aradan qaldırır.
  8. Lentəbənzər qurd pəhrizi. 1900-cü illərdə pəhriz saxlamaq istəyən insanlar lentəbənzər qurdu həb kimi udmaqla bağırsaqlarda qidanın sovrulması və arıqlamağa kömək etməsini düşünüblər. Pəhriz saxlayan istənilən çəkiyə düşdükdə isə anti-parazit həb qəbul edərək ölmüş qurd orqanizmdən uzaqlaşdırılır. İndiyədək bu müalicə üsulu qalmaqdadır və Meksikaya getməklə 1500 dollara bu müalicə üsulundan istifadə edə bilərsiniz. Lakin bu üsul qarın və düz bağırsaq pozğunluğu, meningit və demensiya (ağılsızlıq) xəstəliyinə də səbəb ola bilər.
  9. Ayaq sıxılması. Çin mədəniyyətinin bir hissəsi olan ayaqların sıxılması dözülməz ağrı yaradır. Gənc qızların ayaqları əvvəlcə isti su, sidik və ya heyvan qanında isladılır ki, toxumalar zəifləsin. Bundan sonra cəld masaj edilir və baş barmaqdan başqa digər barmaqlar qırılır. Sonra isə ayaqlar ayaq altılığı ilə bükülüb möhkəm sıxılır. Bu isə ayağın inkişaf etməsinin qarşısını alır. Ayağı bu cürə bükdükdən 2-10 ildən sonra açılır və ayaq istənilən nəticəni alır. Lakin bu qanqren və barmaqların itməsinə səbəb ola biləcək zəif qan dövriyyəsinə səbəb olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm