Robin Uilyamsın fanatları onu tatuajla yad etdilər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Robin Uilyamsın fanatları onu tatuajla yad etdilər - FOTOLAR

11 avqust, 2014-cü il Hollivudun ən parlaq ulduzlarından olan Robin Uilyams intihar edərək dünyasını dəyişdi. Bütün dünyada milyonlarla fanatı olan aktyorun ölüm xəbərinə üzülənlər həddindən artıq çox oldu.

Hərə öz kumirini bir yolla əbədiləşdirməyə çalışır. 23 yaşlı Xeyli Petterson və 30 yaşlı Meleyn Plyus-Smit biri-birilərindən yüzlərlə kilometr aralıda yaşasalar da, Robinə olan sevgi onları yaxınlaşdırıb.

Sosial şəbəkədə tanış olan xanımlar görüşərək ulduz aktyorun xatirəsini özünəməxsus şəkildə əbədiləşdiriblər. Onlar Uilyamsın şəklini bədənlərinə döydürüblər.

Publika.az həmin fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm