• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Müasir dövrün vunderkind uşaqları

  • Maraqlı
  • 19 Avqust 2014 18:34
  • 748 Baxış
Müasir dövrün vunderkind uşaqları

Bəzi insanlar böyüdükcə karyera zirvəsinə çatdığı halda, digərləri elə körpəlikdən öz sözlərini deyə bilirlər.

Publika.az müxtəlif peşə sahələrində uğur əldə etmiş 10 vunderkind uşağın siyahısını təqdim edir.

  1. Mikaela Fudoliq. Mikaela İren Fudoliq 11 yaşında Filippin Universitetinə qəbul olub, 16 yaşda isə onu əlaçı kimi bitirib. O, fizika üzrə bakalavr təhsili görərkən təqaüd də alıb. Hazırda Mikaela həmin universitetdə professor kimi işləyir, bioloji sistemlər və sistemlərdə riyazi modelləşdirmə qaydaları ilə məşğuldur.

2. Akrit Yasval. Hindistandan olan Akrit Pran Yasval 7 yaşında ilk cərrahi əməliyyatı həyata keçirdikdən sonra tanınıb. Həmin vaxt o, həkim olmasa da, tibbi istedadına görə ona əməliyyatlar həvalə olunurdu. Onun 8 yaşlı dostu əlindəki yanıqlardan əziyyət çəkərkən Akrit isə dostunun barmağını kəsib. 12 yaşında o, tibb universitetinə qəbul olur. 17 yaşında isə tətbiqi kimya üzrə magistr dərəcəsini qazanır. Hazırda o, xərçəngin müalicəsi üçün dərman axtarır.

  1. Teylor Uilson. Teylor Ramon Uilson fuzoru yaradan ilk gənc adamdır. Fuzor nüvə sintezi reaksiyası üçün nəzərdə tutulmuş qurğudur. 10 yaşında o, nüvə bombasını konstruksiya edib. Fuzoru isə 14 yaşında hazırlayıb.
  1. Kameron Tompson. Riyaziyyat üzrə dahi Kameron Tompson Şimali Uelsdəndir. Dörd yaşı olarkən sıfırın mənfi rəqəm deyil, azaldıcı olduğunu deyərək müəllimin səhvini düzəldib. 11 yaşında isə Böyük Britaniyada universitetlərin birində elmi dərəcə alıb. O, dünyanın ən gənc riyaziyyatçısı olsa da, Asperger xəstəliyindən əziyyət çəkir. Asperger sindromu psixi pozğunluq sayılır, bəzən onu autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intellektə malik olsalar da, onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Bu adamların emosional və sosial inkişafı ləngidiyindən cəmiyyətə inteqrasiyaları da gecikir.
  1. Ceykob Barnett. Ceykob Barnett amerikalı riyaziyyatçıdır. 2 yaşı olarkən ona ağır autizm xəstəliyi diaqnozu qoyulub. Həkimlərin dediyinə görə o, danışa, oxuya və sadə məişət hərəkətlərini edə bilməyəcək. 3 yaşında Ceykobun etdikləri isə həkimləri mat-məəttəl qoyub. O, əlifbanı əzbərləyərək onu tərsinə də deyə bilib. Bundan əlavə, o, həmin yaşda Mars planetinin formasını da izah edib. 10 yaşında İndianapolisdə İndiana Universitetinə daxil olub. Hazırda Ceykob kvant fizikası sahəsində dissertasiya üzərində çalışır.
  1. Mark Yan Boedixarco. Mark Yan Boedixarco Honkonqda doğulub. Honkonq universitetinin ən gənc tələbəsi olub. O zaman onun 10 yaşı vardı. Markın 2 təhsil diplomu var. O, bakalavr təhsilini riyazi elmlər, magistr təhsilini isə riyaziyyat üzrə fəlsəfədən alıb. Mark universiteti də planlaşdırıldığı vaxtdan 1 il tez bitirib. Hazırda o, ABŞ-da riyazi fəlsəfə doktorluğu üzrə təqaüd alır.
  1. Priyanşi Somani. Hindistandan olan Priyanşi Somani beynində ən ağır riyazi hesablamaları yerinə yetirə bilir. 11 yaşı olarkən şifahi hesablama yarışında qalib gəlib. O, beynində rəqəmlərin kökaltından çıxarılmasını ən tez hesablayan adamdır.
  1. Akim Kamara. Akim Berlindən olan skripkaçıdır. O, 2 yaşından skripkada ifa edib. Hələ bələkdə olarkən eşitdiyi mahnıları yadında saxlayaraq ifa edə bilib. Artıq 3 yaşında o, konsert də verib.
  1. İtan Bortnik. İtan musiqiçi, mahnı müəllifi və aktyordur. 3 yaşında klavesində çala bilib, 5 yaşında isə mahnı yazıb.
  1. Taniş Metyu Avraam. Taniş 4 yaşında "Mensa"ya daxil olub. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq, hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb yüksək İQ göstəricisidir. O, "Mensa"ya qəbul olarkən İQ Mensa testindən 99,9% nəticə əldə edib. 5 yaşında isə Stenford universitetinin riyazi təhsil proqramının 5 kursunu bitirib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR