Mətbəx sirləri: giləmeyvəli piroq
Bizi izləyin

Bilgi.az

Mətbəx sirləri: giləmeyvəli piroq

Publika.az giləmeyvəli mannı piroqunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:


1 st. (250 q) mannı yarması
1 st. şəkər tozu
1 st. su
0,5 st. qoxusuz bitki yağı
0,5 st. un
1 çimdik duz
0,5 ç.q. soda (9%-li sirkə ilə söndürün)
1 alma
0,5 st. giləmeyvə

Şəkər tozu və mannını qarışdırın, üzərinə su töküb qarışığın 30 dəqiqə müddətində şişməsini gözləyin. Sonra yağ, duz, sirkədə söndürülmüş soda, tədricən un əlavə edib xama qatılığında xəmir yoğurun.

Almanın qabığını soyun, xırda kubik doğrayın, xəmirə əlavə edib qarışdırın.
Bitki yağı ilə yağlanıb un səpilmiş formaya xəmirin yarısını tökün. Üzərinə giləmeyvəni düzün. Giləmeyvənin üzərinə xəmirin qalanını töküb hamarlayın.

170 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm