• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mavi molla lezbiyan iranlılara xeyir-dua verdi – FOTOLAR

  • Maraqlı
  • 20 Avqust 2014 10:34
  • 2 748 Baxış
Mavi molla lezbiyan iranlılara xeyir-dua verdi – FOTOLAR

İranlı qızlar Səhər Mosle və Məryəm İranfar 9 il birgə yaşadıqdan sonra, nəhayət ki, evlənə biliblər. Təbii ki, qızlar İranda yox, İsveçin paytaxtı Stokholmda təhlükəsiz şəraitdə toy edib. Hər iki qadın homoseksuallığın qadağan olunduğu İrandan gəlib.

Hazırda Məryəm hamilədir, Səhər isə sümük xəstəliyindən əziyyət çəkir. İnternetdə tanış olan qızlar bütün bunlara rəğmən, İmam Ludovid Məhəmməd Zahidin xeyir-duası ilə nikaha daxil olub.

Əslən Əlcəzairdən olan molla Cənubi Afrikada yaşayır və özü də geydir. O, dünyanın bir çox müsəlman ölkələrində fəaliyyət göstərən LGBT üzvləri arasında məşhurdur.

Lezbiyan Məryəm və Səhər vətənləri İranda bir yerdə yaxalansaydı, onları 50 şallaq cəzası gözləyərdi. Bu əlaqə dəfələrlə davam etsəydi, son anda onları edam edəcəkdilər. Elə bu səbəbdən, onlar uzun yol qət edərək İsveçə gəlib, burada evləniblər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR