• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Beyin qırışlarının mənşəyi müəyyənləşdirildi

  • Maraqlı
  • 20 Avqust 2014 10:54
  • 1 362 Baxış
Beyin qırışlarının mənşəyi müəyyənləşdirildi

Amerika alimləri beyindəki qırışların nədən yaranmasını araşdırıb. Alimlər "boz maddənin" modelləşdirilmiş inkişafı haqda "Proceedings of the National Academy of Science" jurnalının səhifələrində açıqlama veriblər.

Harvard riyaziyyatçısı və 2007-ci il İqnobel mükafatçısı Lakşminarayanan Mahadevan insan embrionundan beyin inkişafının fiziki modelini yaradıb. Qatı geldən hazırlanmış yarımkürə - ağ maddə, onun içərisindəki maye gel isə boz maddə rolunu oynayıb. Boz maddə embrionlarının inkişafını yeni əsəb hüceyrələri və ya hüceyrələrin beynin mərkəzindən qabığa doğru miqrasiyası ilə təmin edir. Geli həlledici məhlula əlavə etməklə, alimlər beyin qabığının inkişafını modelləşdirə bilib.

Tədqiqatçılar gelin qatılığından və üst təbəqənin qalınlığından asılı olaraq, insan beynində hündür təpə və dar dərə relyefini xatırladan qırışların yarandığını müəyyənləşdiriblər. Əvvəllər isə güman edilirdi ki, beyin qırışları əksər neyronların beyin qabığındakı "təpələrə" miqrasiyası nəticəsində yaranır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR