Dalğaların apardığı bacı və qardaş 10 il sonra tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Dalğaların apardığı bacı və qardaş 10 il sonra tapıldı - FOTO

"Allaha şükürlər olsun! Bu, Allahın bizə lütfüdür. Gecə-gündüz dua edirik. Hər namazda Allaha yalvarıram ki, bizə yazığı gəlsin".


CəmiləSempt Rangkutilər dünyanın ən bəxtəvər insanları olduqlarını deyirlər. Niyə də olmasın ki... 2004-cü ildə İndoneziyanı vurmuş dəhşətli sunami zamanı onların bir oğlu və bir qızı itkin düşmüşdü.


Ailənin oğlu Arif iki həftə əvvəl tapıldı.

Bir neçə gün əvvəl isə Rəudhatul Cənna Rangkuti valideynlərinə qovuşub.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İndoneziyanın qərbindəki Açex bölgəsində 2004-cü ildəki sunamidə Rangkuti ailəsi parçalanmışdı.

Həmin sunami nəticəsində İndoneziyada 170 min insan həlak olmuşdu.


İndi 17 yaşı olan Arif Pratama Rangkuti və kiçik bacısı Rəudhatul Cənnanı sunami aparanda onlar nə baş verdiyini anlamamışdılar.

Olay Sumatra adasındakı Payakumbuh şəhərində yaşanmışdı.

Valideynləri fəlakətdən sonra 7 yaşlı Ariflə 2 yaşlı Rəudhatulu həftələrlə arasalar da, bir nəticə hasil olmamışdı.

Sən demə, dalğaların apardığı Cənnanı Açex vilayətindəki Mövləbah şəhərinin sakini Syarvani adlı qadın tapıb və övladlığa götürüb. Syarvani balaca Cənnaya öz qızı kimi baxıb və 10 il ərzində ona analıq edib.

Arif isə küçələrdə yaşayırdı. O, bazarlarda, dükanlarda hamballıq edir, yiyəsiz uşaqların dəstəsinə qoşulub gün keçirirdi.

Belə günlərdən birində Arif Payakumbuh şəhərindəki internet-kafelərdən birinə yollanır.


Kafenin sahibi Vindu Fəcri balaca Arifi görəndə anlayır ki, bu uşaq küçələrin "sakini" deyil.

Ac Arifi nahar süfrəsinə dəvət edən Vindu onun tərbiyəli, ağıllı uşaq olduğunu görəndə balacanı ailəsinə daxil edir.

Bu minvalla Vindu Fəcri balaca Arifin atalığına, Ləna Bəstari isə analığına çevrilir.


"10 il belə keçdi. Ötən ay televizora baxırdım. Verilişlərdən birində Arifin balaca vaxtında çəkilmiş şəklini göstərdilər və dedilər ki, bəs bu uşaq sunamidə itkin düşüb, valideynləri də artıq 10 ildir ki, onu arayırlar. Uşağın şəklini smartfonla çəkdim, arvadıma göstərdim. O uşaq bizim Arifdi. Sonra həmin valideynlərlə əlaqə saxladıq və oğlumuzu əsl atası ilə anasına təhvil verdik", - Vindu Fəcri deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm