Toydan qaçan bəy ölümünü səhnələşdirdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Toydan qaçan bəy ölümünü səhnələşdirdi – FOTOLAR

ABŞ-dan olan Taker Blendford Böyük Britaniyadan olan sevgilisi ilə toydan boyun qaçırmaq üçün öz ölümünü səhnələşdirib.

Bütün qadınlar kimi Aleks Lançester də bütün həyatı boyu sevdiyi insanla toy etməyi arzulayıb. Lakin toya sayılı günlər qaldığı vaxt Aleksə zəng gəlir. Özünü Takerin atası kimi təqdim edən kişi oğlunun avtomobil altına atılaraq intihar etdiyini deyib. O, Takerin son günlərdə depressiyada olduğunu söyləyib.

Lakin qız özü Takerin anasına zəng etməyi qərara alır. Anası isə oğlunun sağ və salamat olduğunu deyib. Sonradan məlum olub ki, özünü ata kimi təqdim edən kişi elə Takerin özü olub.

Taker sevgilisi Alekslə toy etməkdən qorxduğundan son anda belə qəmli hekayə uyduraraq qızın həyatından həmişəlik yox olmaq istəyib. Zavallı qız isə deyib: "Mən yalnız onu sevirdim. İndi bundan sonra bir daha heç bir kişiyə inanmayacağıma əminəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm