Xarakterə uyğun ətir seçməyin yolları
Bizi izləyin

Bilgi.az

Xarakterə uyğun ətir seçməyin yolları

Bir çox qadın hansı ətrin ona daha uyğun olduğunu müəyyənləşdirə bilmir. Bu, onları müxtəlif ətirlər arasında yenisini axtarmağa məcbur edir. Öz ətrinizi seçərkən yalnız təqdim edəcəyiniz xoş qoxunu deyil, həm də temperament və xarici görünüşü, xarakter və hətta saç rənginizi nəzərə alın.

Ətri saç rənginizə görə seçməyə cəhd edin. Zərif sarışınlara meyvə və güllərin təravətli və yüngül ətirləri uyğun gələcək. Onlar açıq saçlı gözəllərin obrazına incə bir havalıq əlavə edəcəklər.

Açıq şabalıdı tellərə sahib olan qızlar seçimlərini onların parlaqlığını və ehtirasını gücləndirəcək ədviyyat və ya şirin vanil notlu çiçək-meyvə ətirlərində saxlaya bilərlər.

Zəngin Şərq kompozisiyalı ətirlər kürən saçlılara şirəli notlar əlavə edəcək.

Əsmərlərə meyvə,səndəl, müşk notlu soyuq ətirlər uyğun gəlir.

Xarakterinizə uyğun ətirlər seçin. Məsələn, siz güclü və hökmlü xarakterlə mənafeini gözləyən karyeristsiniz. Zamanın qiymətini bildiyinizdən o sizə həmişə kifayət edir. Nizamı və dəqiqliyi sevir, çoxlu dostlara sahibsiniz. Siz uğurlu, müvəffəqiyyətli, aydın məqsədilisiniz. O zaman gündəlik üçün seçiminizi çiçək-meyvə, gecə üçün isə aldehid və ya çiçəkli-aldehid ətirlərində saxlayın.

Əyləncəni çox sevir, həmişə diqqət mərkəzində olursunuz? Ətrafınızda xoş vaxt keçirmək üçün çoxlu dostlarınız var. Səyahət etməyi, yeni məlumatlar almağı sevir , bir çox həvəsə maliksiniz və heç vaxt işsiz oturmursunuz. Sizin üçün gündüzlər dəniz, çiçək, axşamlar isə ədviyyəli ətirlər daha münasibdir.

Siz fantaziyalısınız və tez-tez xəyallarda yaşayırsınız, idmanı və aktiv istirahəti sevirsiniz. Sizin gündüz ətirləriniz - sitruslu, təravətli, yaşıl-ədviyyatlı, meyvəlidir. Axşamlar - şərqsayağı, dəniz, ədviyyəli.

Siz cəsarətli, coşğun, macəralara meyllisiniz. Bugünlə yaşayır , pul xərcləməyi sevirsiniz. Sizin geyimdə yaxşı zövqünüz var, özünüzə qulluğu sevirsiniz. Çox zarafatcıl və kişilər tərəfdən uğurlusunuz. Sizə bu ətirləri seçmək lazımdır: gündüz üçün mamırlı və çiçək-ənbər, axşamlar üçün çiçək-ağac və şiprli.

Siz daim fikirlərinizlə məşğulsunuz. Daimiliyi və sabitliyi sevir, həyatdakı yenilikləri və dəyişiklikləri çətinliklə qəbul edirsiniz. Sizin kiçik ünsiyyət dairəniz var, vaxtınızı kitab oxunmaqla keçirməyə üstünlük verirsiniz. Sizə gündüzlər çiçək-ədviyyəli, axşamlar isə ağaclı-şərqsayağı ətirləri sınamaq lazımdır.

Siz ömürlük aktrisasınız, hər zaman roldasınız. Kütlə ilə oynayaraq diqqət mərkəzində olmağı sevirsiniz. İstedadınıza heyran olduqlarında sizə təriflər söyləyirlər. Özünüzə gündüz aldehid, şərqsayağı, çiçəkli, axşamlar isə Şərq -ədviyyəli ətirlər seçin. Siz - ilham və yeni ideyalara bürünən yaradıcı insansınız. Yaratmağı sevirsiniz, buna görə tez-tez göylərdə uçursunuz. Bəzən sizi anlamaq çətindir, amma siz xoş və ağıllı həmsöhbətsiniz. Gündüz üçün dəniz,çiçəkli-meyvəli, axşamlar üçün isə meyvəli-şərqsayağı ətirlər seçməyə cəhd edin.

Siz incə və tez küsən insansınız. Başqalarına kömək etməyi sevirsiniz, sizin mehribanlığınızın hüdudu yoxdur. Tez-tez ağlayır və melanxoliyaya düşürsünüz. Gözəlliyi ən gözə çarpmayan şeylərdə görürsünüz. Sizi incitmək asandır, amma kinli deyilsiniz. Sizin gündüz ətirləriniz - təravətli, yaşıl-gümrahlandırıcı, ədviyyəli, cövüzlü ətirlərdir. Axşamlar üçün isə vanil notlu şirin ətirlər sizə uyğun gələcək.

Ətirlərin dayanıqlığını necə müəyyən etməli?

Dayanıqlıq istənilən ətir vasitəsinin əsas xarakteristikalarından biridir. Ətir seçimi zamanı ilk öncə əldə etdiyiniz məhsulun növünə diqqət yetirmək lazımdır. Bu məhsulun təsnifatı tərkibinə daxil olan spirtin, suyun və efir yağlarının miqdarının nisbətinə əsaslandırılmışdır. Ətir vasitələrinin dayanıqlığı ətirli kompozisiya və spirtin konsentrasiyasından asılıdır.

Beləliklə, ətriyyatçılar ətirləri ətir, parfüm suyu, tualet suyu və odekolon növlərinə bölürlər. Ətir sadalananlar arasında ən dayanıqlısı və ən bahalısıdır, çünki onlarda efir yağlarının (15 % faiz həcmdən) ən yüksək konsentrasiyası və təmiz qarışıqsız spirt var. Komponentlərin belə uyğunluğu sayəsində ətir yaxşı açılır və məhz istifadə zamanı ən dərin və dayanıqlı görünür.

Tualet suyunun tərkibinə onu daha az dayanıqlı və ucuz edən daha az efir yağı və daha çox su (ətirli kompozisiya və 90 %-li spirtdən 10 %) daxildir. Əgər ətri əldə etməyə imkanınız və ya istəyiniz yoxdursa, məhz parfüm suyu onun ən yaxşı əvəzedicisi hesab edilir.

Dayanıqlığına görə növbəti yeri tualet suyu (4-dən 10 %-ə qədər efir yağı və 80%-lik spirt) tutur. Odekolon (3 – 5% ekstrakt və 70%-lik spirt) ən az dözümlüdür.

Ətirlərin etiketini oxuyub, onların ətrini yoxlayın. Ətir vurduğunuz blotteri buruna çox yaxın gətirməyin və qoxunu çox yavaş nəfəs alaraq iyləməyin. Flakonu və ya blotteri üzdən 10-15 sm məsafədə saxlamaq kifayətdir. Bu halda, əgər siz ətri sərt deyil, bir az yüngül hiss edirsinizsə, deməli seçdiyiniz ətir yetəri qədər dayanıqlıdır.Əgər siz iyi tamamilə hiss etmirsinizsə və ya o çox kəskindirsə, bu məhsulu almaqdan imtina etmək daha yaxşıdır.

Ətirlər xüsusi xarakterə malikdir, müxtəlif insanların dərisində onlar özünü fərqli göstərirlər. Buna görə ən dayanıqlı ətirlərin seçimi zamanı son addım onların sizin biləyinizdə sınanması olacaq. Böyük barmağın köməkliyi ilə əlin arxa tərəfinə ətirdən bir damcı vurun və bir müddət gözləyin. Sonra əlinizi üzünüzün ətrafında burnunuza çox yaxın gətirmədən və uzun müddət saxlamadan hərəkət etdirin– bir neçə saniyə kifayətdir. Əgər siz xoş qoxu hiss etdinizsə, onda belə ətirlər sizə uyğundur. Onların ətri sizin dərinizdə istifadədən hətta bir neçə saat sonra da güclü qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm