Belə də oğru olar?
Bizi izləyin

Bilgi.az

Belə də oğru olar?

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində 94 yaşlı vətəndaşın evinə girən oğru zərərçəkənin hamam otağından da şəxsi istifadəsi üçün tam şəkildə istifadə edib.

ANS PRESS-in məlumatına görə, əl izlərinə görə tutulan 43 yaşlı şübhəli Rudi Çaves ev sahibi Qlen Milleri silahla hədələyərək, əvvəlcə duş qəbul edib. Duşdan sonra üzünü də təraş edən oğru, Milerin təzə paltarlarından birini geyinib. Özünü tam rahatladıqdan sonra isə oğru televizor və evdəki pulları da götürüb zərərçəkənin avtomobili ilə oradan uzaqlaşıb.


Oğru Millerə bildirib ki, bu hərəkəti həbsdən təzə çıxdığı və iş tapa bilmədiyi üçün edir.


Müstəntiqlər isə Çavesi ülgüc və qarqara şüşəsinin üzərində tapdıqları əl izləri ilə müəyyənləşdiriblər.


Qeyd edək ki, onun barəsində adam oğurluğundan tutmuş, bir çox ittihamlar irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm