Qadına oxşar bəy toyunda – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadına oxşar bəy toyunda – FOTOLAR

Şəkildə gördüyünüz iki gəlin bir-biri ilə evlənib. Əslində, heteroseksual olan cütlük gey və lezbiyanların nikahını qadağan edən Rusiyada evlənib. Gəlinlərdən biri özünü Alina Devis kimi qələmə verən 23 yaşlı Dmitri Kojukovdur. Moskvada baş tutan toya bəy gəlin geyimində gəlib. İş ondadır ki, özünü androgen hesab edən Dmitri həm qadına, həm də kişiyə oxşayır. Bu səbəbdən də, toyda kimin bəy, kimin gəlin olduğunu müəyyənləşdirmək heç də asan iş olmayıb.

Onun tərəf müqabili olan 19 yaşlı Alisa Bruks haqqında elə bir məlumat verilmir. Nikah idarəsi onların evliliyini təsdiqləməkdən boyun qaçırıb. Sifətdən hər ikisi qadına oxşadığından onların görkəmi bir çoxlarını qorxuya salır. Lakin qeydiyyat ofisi sonda onların izdivacına icazə verib.

Qadına bənzəyən və qadın kimi geyinən Dmitri inanır ki, bu izdivacla o, Rusiyada yaşayan gey və lezbiyanlara bir ismarıc göndərib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm