Ceki Çan: “Oğluma görə utanıram”
Bizi izləyin

Bilgi.az

Ceki Çan: “Oğluma görə utanıram”

Məşhur çinli aktyor və döyüş ustası Ceki Çan narkotikdən istifadəyə görə saxlanılan oğluna görə üzr istəyib.

Otuz iki yaşlı Ceysi Çan iyirmi üç yaşlı dostu tailandlı kinoaktyor Ke Çjendun ilə Pekində saxlanılıb. Onlar narkotik testindən keçirilib və testin nəticəsi müsbət çıxıb.

Ceysi polis tərəfindən həbs edildikdən sonra evində axtarış aparılıb. Onun mənzilindən 100 qram marixuana aşkar edilib. Yerli kanalların verdiyi məlumata görə, Ceki Çanın oğlu 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm