• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Övladının sümüklərini 38 il bətnində gəzdirdi

  • Maraqlı
  • 21 Avqust 2014 14:35
  • 444 Baxış
Övladının sümüklərini 38 il bətnində gəzdirdi

Hindistanlı qadın bətnində ölmüş övladının skeletini 38 il daşıdıqdan sonra əməliyyata razı olub.

Mərkəzi Hindistandan olan Jyoti Kimer 1978-ci ildə 24 yaşı olarkən hamilə olub. O zaman həkimlər qadına körpəsinin sağ qalma ehtimalının az olduğunu deyiblər. Çünki qadının övladı analıq boynundan kənarda inkişaf edib. Əməliyyatdan qorxan qadın ağrıları kəsmək üçün xəstəxanadan qaçaraq kiçik bir klinikaya müraciət edib.

Bir neçə aydan sonra ağrılardan azad olan qadın problemin həll olunduğunu düşünüb. Lakin düz 38 ildən sonra, yəni qadının artıq 62 yaşı olarkən o, mədəsindəki kəskin ağrılardan əziyyət çəkməyə başlayıb. Xəstəxanaya müraciət etdikdən sonra onun bətnindən uşağın sür-sümükləri götürülüb. Həkimlər əvvəlcə qadının təxminən 40 il bətnində gəzdirdiyi sümüklərin şiş olduğunu zənn ediblər. Yalnız maqnit rezonans tomoqrafiyasından sonra ağrıların həqiqi səbəbkarının şiş yox, ölü uşağın sümükləri olduğu məlum olub.

Bu vaxta kimi ektopik (xarici) hamiləlik adlanan hal belçikalı qadında da rast gəlinib. Qadın 18 il ölü uşağını bətnində gəzdirib. Jyoti ən uzunmüddətli xarici hamiləlik yaşayan qadın kimi tarixə düşüb.

Çıxarılmış kütlə bağırsaqlar, öd və uşaqlığın boynuna dolaşaraq hər üç orqanı bir-birinə bitişdirib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR