İlk transseksual əsgər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İlk transseksual əsgər - FOTOLAR

Əfqanıstanda Taliban rejimi ilə mübarizə aparmaq əsgərin üzləşə biləcəyi ən ağır sınaqdır.

Debora Penni isə tamamilə başqa bir "döyüş meydanından" çıxıb. O, Böyük Britaniya hərb tarixində döyüş meydanında xidmət edən ilk cinsini dəyişmiş hərbçidir. 47 yaşlı Debora doğularkən kişi olub, lakin hazırda o, müharibə zonasında qadın kimi xidmət edir.

Bomba üzrə ekspert artıq 30 ildir ki, hərbidə xidmət edir və o, həmkarları arasında böyük hörmət qazanıb. Əsl adı Devid olan əsgər döyüş meydanında vuruşan ilk transseksual hərbçi kimi tanınır. O, 2007-ci ildən cinsini dəyişərək qadın kimi həyat sürməyə başlayıb.

Qeyd edək ki, 2000-ci ilədək hərbidə geylərin iştirakı qadağan idi. Ötən il isə 298 nəfər seksual oriyentasiyasına görə hərbidən uzaqlaşdırılıb. 2008-ci ildə Yan Hamilton cinsini dəyişən ilk zabit olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm