• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyanın ən bahalı tualetləri - Fotolar

  • Maraqlı
  • 21 Avqust 2014 20:18
  • 1 965 Baxış
Dünyanın ən bahalı tualetləri - Fotolar

Dünyanın ən bahalı tualetlərinin qiymətləri açıqlanıb.

Publika.az-ın məlumatına görə, dünyanın ən bahalı tualeti 19 milyon dollardır. Beynəlxalq Kosmos Stansiyasında olan tualeti Rusiya 2008-ci ildə hazırlayıb. Kosmonaftlar üçün hazırlanan tualet xüsusi dizayna sahibdir.

Digər bir bahalı tualet isə "Hang Fung" şirkəti tərəfindən hazırlanıb. Dəyəri 5 milyon dollar olan sanitar qovşaq 24 karat saf qızıldan hazırlanıb. Artıq qızılın dəyəri bahalaşdığı üçün tualet sahibləri qızılı əridib baha satmağı planlaşdırır.

Şanxayın məşhur "Moon River Art Park"ında olan tualet dünyanın ən bahalı üçüncü tualetidir. Bu sanitar qovşağın qiyməti 750 min dollardır. Bir mağaranın içərisində olan tualet yerli turistlərin marağına səbəb olur. Parka daxil olanlar üçün tualetdən istifadə pulsuzdur.

"Isis" kolleksiyasının bir parçası olan bir tualet isə 75 min dollar həcmində qiymətləndirilir. Svarovski daşlar ilə bəzədilən tualet görünüşü ilə insanları valeh edir.

"Daqobert" adlı taxta tualet 14,123 dollardır. Tualet Fransadakı Merovinqian xanədanlığının son kralı Daqoberdin adını daşıyır.





























Xəbər lenti

DAHA ÇOX XƏBƏR