Bilgi.az
Yaşamaq üçün ən yaxşı şəhərlər (Fotolar)
"Economist Intelligence Unit" (EIU) analitik agentliyi
yaşamaq üçün dünyanın ən yaxşı şəhərlərini müəyyən
edib.
Publika.az-ın məlumatına görə, illik qlobal sorğunun lideri
dördüncü dəfədir ki, Melburn şəhəri olub. Şəhər 100 baldan 97,5
toplayıb. Səsvermə zamanı siyasi və iqtisadi stabillik, səhiyyə,
mədəniyyət, ətraf mühit, təhsilin səviyyəsi və infrastruktur kimi
amillər nəzərə alınıb.
Onluğa daxil olan ölkələr bütün kateqoriyalar üzrə yüksək ballar
alıb.
Reytinqdə ikinci yerdə 97,4 balla Vyana, ardınca 97,3 balla 10 il
ərzində siyahıya liderlik edən Vankuver gəlir.
Qeyri-stabil siyasi vəziyyət Kiyev, Banqkok, Moskva,
Sankt-Peterburq, Tripoli kimi şəhərlərin qiymətləndirilməsinə öz
təsirini göstərib. Siyahının son pillələrində Dəkkə (Banqladeş),
Port-Morsbi (Papua - Yeni Qvineya), Laqos (Nigeriya), Karaçi
(Pakistan), Əlcəzair (Əlcəzair), Xarare (Zimbabve), Duala (Kamerun)
və Abican (Fil Dişi Sahili) şəhərlər gəlir.
Yaşamaq üçün 10 ən yaxşı şəhər:
1. Melburn, Avstraliya.
2. Vyana, Avstriya.
3. Vankuver, Britaniya Kolumbiyası.
4. Toronto, Kanada.
5. Adelaida, Avstraliya.
6. Kalqari, Kanada, Albert əyaləti.
7. Sidney, Avstraliya.
8. Helsinki, Finlandiya.
9. Pert, Avstraliya.
10. Oklend, Yeni Zelandiya.
buro247.az
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı