Uşaqlı ananı restorandan qovdular
Bizi izləyin

Bilgi.az

Uşaqlı ananı restorandan qovdular

Amerikanın Texas ştatında yerləşən "Brother’s Pizza Express" restoranının əməkdaşı çoxuşaqlı ailəni restorandan qovub.

Axar.az xəbər verir ki, buna səbəb ananın dörd aylıq körpənin altını ümumi zalda, başqalarının nahar etdiyi yerdəcə dəyişdirməsi olub. İctimai qaydanı pozan Miranda Sovers öz hərəkətini restoranda ana və uşaq otağının olmaması ilə izah edib. Sözü gedən prosedur üçün münasib yer tapmayan ana uşağın əskisini stolun arxasında dəyişməli olub. Restoranın müştəriləri xoşagəlməz iyə görə inzibatçıya şikayət ediblər.

Menecer üç uşaq anasından restoranı tərk etməyi tələb edib. Onların sifarişləri isə qablaşdırılaraq özlərinə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm