Bilgi.az
Dünyanın əcaib yerləri – Gəlinciklər adası - Foto
Gəlinciklər adası (Isla de la Munecas) – Meksikadakı qorxunc da olsa, baxmalı, maraqlı yerlərdən biridir.
Axar.az xəbər verir ki, qurunun bu kiçik parçasında hissələrə ayrılmış "gəlinciklər" məskunlaşıb. Belə bir əfsanə dolaşır ki, adanın keçmiş sakini Culian Santana Barrera bu yerlərdə batmış balaca qızın guya qoca zahidə rahatlıq verməyən ruhunu sakitləşdirmək üçün atılmış sınıq oyuncaqları toplayıb ağaclardan, binalardan asmağa başlayıb. Uşağın başına gələn faciədən təxminən 50 il sonra, 2001-ci ildə Don Culian bir vaxtlar körpənin boğulduğu kanalda batıb. O vaxtdan bu məkan kövrək turistlərin ən çox mütəəssir olduğu yerlərdən birinə çevrilib.
İsla de la Munecasda uzun illər ərzində qaralıb çirklənmiş minədək dəhşət saçan eksponat var. Burada elektrik enerjisi yoxdur və bu adaya yalnız su yolu ilə gəlmək mümkündür. Adada olanlar əmin edirlər ki, ekskursiya zamanı gəlinciklərin xəfif pıçıltıları eşidilir. Bu pıçıltılar hətta əsəbləri möhkəm adamların da qanını damarlarında dondurur.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...