Bred Pitt arvadını sevmir
Bizi izləyin

Bilgi.az

Bred Pitt arvadını sevmir

Məşhur Hollivud aktyoru və bir çoxlarının sevimlisi Bred Pitt arvadı Anjelina Colini sevmir. Bred Coli ilə yalnız uşaqlara görə bir yerdədir. Bu fikirləri məşhur amerikalı ekstrasens Ron Bard deyib.

Bard əmin edir ki, Pitt indiyədək keçmiş arvadı olan Cennifer Eniston haqda düşünür. Bundan əlavə, ekstrasens deyib ki, onun müştərisi olan Bred Pitt bir neçə ay bundan qabaq Anjelina Coli ilə məxfi şəkildə ailə həyatı qurub. Lakin Bred evliliyi yalnız uşaqlara görə edib.

Ekstrasens deyib: "İş ondadır ki, Coli çox ağıllı qadındır və o, Bredi özünə bağlaya bilib. Lakin Bred xoşbəxtliyi özündə tapır, nəinki ətrafdakı insanlarda. Anjelina Coliyə sadiqlik andı içərkən, əslində, o, qəlbində uşaqlarına sadiq qalacağına and içib, arvadına yox".

Qeyd edək ki, Bred ekstrasens Ronla 2004-cü ildə Cennifer Enistonun sayəsində tanış olub. Bard Pittə bir ildən sonra, onun "həyatını büsbütün dəyişən" qadına rast gələcəyini deyib. Həqiqətən də, Bred Pitt 2005-ci ildə arvadını Anjelina Coliyə görə atıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm