• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aktrisa mağazada satıcı işləyir – FOTOLAR

  • Maraqlı
  • 22 Avqust 2014 10:37
  • 858 Baxış
Aktrisa mağazada satıcı işləyir – FOTOLAR

Bollivud aktrisası Geta Basra öz ölkəsində məşhur olsa da, köklərini unutmayıb. Belə ki, 30 yaşlı aktrisa 3 əsas filmdə çəkilsə də, İngiltərənin Portsmut şəhərində mağazada valideynlərinə kömək edir. Getanın atası deyir: "Mənim müştərilərim heç təsəvvürünə belə gətirmir ki, onlara ulduz xidmət edir. Çünki müştərilərimdən heç kim qızımın aktrisa olduğunu bilmir, biz bunu məxfi saxlayırıq".

Geta Portsmut şəhərində doğulub və aktrisa olmaq arzusunu gerçəkləşdirmək üçün 18 yaşında Hindistanın Mumbay şəhərinə yollanır. O hətta təhsilindən də imtina edərək, aktrisalığı seçib. Bir filmdən 6 milyon dollar qazanan aktrisa öz ölkəsində məşhur olmasına baxmayaraq, ana-atasına mağazada kömək edir. Onun valideynləri artıq 23 ildir ki mağaza işlədir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR