Amerikaya vərəmi suitilər gətirib
Bizi izləyin

Bilgi.az

Amerikaya vərəmi suitilər gətirib

Yeni Dünyaya avropalılar gəlməzdən öncə suiti və dəniz şirləri materikə vərəm bakteriyalarını gətirib. Bu haqda xəbər "Nature" jurnalında verilib.

Milyonlarla hindunun ölümünə səbəb olan bir çox təhlükəli infeksion xəstəlikləri (qızılca, çiçək, malyariya, qrip) Şimali və Cənubi Amerika ərazisinə avropalı istilaçılar gətirib. Hesab olunur ki, Yeni Dünyaya vərəm bakteriyası da bu yolla düşüb. Lakin hələ 1970-ci illərdə Peru ərazisində bu xəstəliyə yoluxan insanların qalıqları tapılıb. Xəstəliyə məruz qalmış insanların skeletləri isə 15-ci əsrdən də erkən dövrə istinad edib. Qeyd edək ki, avropalılar Yeni Dünyaya 15-ci əsrdən etibarən gəlməyə başlayıb.

İohann Krauzenin radio-karbon analizinin köməkliyi ilə Peruda tapılmış üç insan qalıqlarının Kolumba qədərki dövrə məxsus olması müəyyən edilib. Sümüklər bizim eranın 1028-1280-ci illərinə təsadüf edir. Skeletlərdə aşkar edilmiş Mycobacterium pinnipedii bakteriyaları suiti və dəniz şirləri arasında geniş yayılıb.

Krauze hesab edir ki, pərayaqlılar sinfinə məxsus olan məməlilər vərəm xəstəliyinə Afrikada yoluxaraq, onu okean üzərindən digər bir materikə aparıb. Müəyyən müddətdən sonra Peruda suiti ovçuları da vərəmə yoluxub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm