Şakira oğurluqda ittiham olunur - VİDEO
Bizi izləyin

Bilgi.az

Şakira oğurluqda ittiham olunur - VİDEO

Müğənni Şakira mahnı oğurluğunda günahkar bilinib. Söhbət "Loca" mahnısından gedir.

Nyu-York məhkəməsi 2007-ci ildə efirə buraxılmış "Loca" mahnısının əslində 1990-cı illərin əvvəllərində Arias Vaskes adlı dominikanlı müğənninin "Loca Con Su Tiguere" mahnısının plagiatı olduğuna qərar verib. Şakiranın 2007-ci ildə ifa etdiyi "Loca" mahnısını müğənniyə El Kata tövsiyə edib. O, Şakiraya mahnının plagiat olduğunu xəbər etməyib.

Şakiranın isə kompensasiya kimi nə qədər pul ödəyəcəyinə məhkəmə qərar verəcək.

Qeyd edək ki, Şakira hamiləliyinin dördüncü ayındadır. Ulduzun pərəstişkarları onun bu xoşagəlməz xəbərə necə reaksiya verəcəyindən narahatdırlar. Qeyd edək ki, 37 yaşlı kolumbiyalı müğənni sevgilisi Jerar Pikeyə ikinci övladını bəxş edəcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm