• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gözəllik yarışmasında siyasi qalmaqal

  • Maraqlı
  • 22 Avqust 2014 13:12
  • 409 Baxış
Gözəllik yarışmasında siyasi qalmaqal

Çində keçirilən "World Bikini Model – 2014" gözəllik yarışmasında qalmaqal yaranıb: Rusiyanı təmsil edən Marina Saşinanın dövlət bayrağının üzərinə sarı rəng tökülüb.

Avqustun 12-29-da Çində keçirilən nüfuzlu yarışma nəinki alt paltarlarının nümayişi, hətta siyasi intriqa meydanına da çevrilib. Qaydalara görə, modellər podiuma öz dövlət bayrağında çıxmalıdırlar. Rusiyalı iştirakçı bayrağından yarım dəqiqə kənarlaşmalı olub. Amma geri qayıdarkən dövlət bayrağının sarı rəngə bulaşdığını görüb. Rusiya Federasiyasının dövlət bayrağı Avstraliya, Almaniya və Ukrayna bayraqları ilə yanaşı olub. Pərt olmuş rusiyalı iştirakçı Mariya səhnəyə çıxmaq üçün ikinci bayrağı nümayişə gəlmiş tamaşaçıdan alıb.

Öz növbəsində Mariya Saşina siyasətdən uzaq olan gözəllik yarışında Rusiya bayrağına qarşı edilmiş hörmətsizliyə görə məyus olub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR