Estoniyanın birinci xanımı yad kişinin ağuşunda – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Estoniyanın birinci xanımı yad kişinin ağuşunda – FOTOLAR

Estoniyanın birinci xanımı Evelin İlves xoşagəlməyən hadisə ilə üzləşib. Onu naməlum bir kişinin ağuşunda yaxalayıblar. Yerli mətbuatın verdiyi məlumata görə, prezidentin arvadı Tallin kafelərinin birində bütün gecəni cavan bir oğlanla rəqs edib, qucaqlaşıb və öpüşüb.

Birinci xanım və naməlum aşiqin fotoları Kroonika saytında yayımlanıb.

Məlum olduğu kimi, Evelin bu kafedə əvvəllər də olub. Həmin gün əyləncə axşamı olub və o, əvvəlcədən masa sifariş verib. Ona artırmadakı ən yaxşı masanı ayırıblar. Bütün gecəni o, eyvanda olub və səhərə yaxın bütün qonaqlar getdikdən sonra naməlum kişi ilə rəqs meydanına çıxıb.

Şahidlərin sözlərinə görə, Evelin və gənc oğlan özlərini sevgili kimi aparıb və sonda kafeni birlikdə tərk ediblər.

Bu xəbərə hələlik nə Evelin, nə də ölkə prezidenti rəy bildirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm