• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Banan qabığının 5 bilinməyən faydası

  • Maraqlı
  • 23 Avqust 2014 15:04
  • 1 212 Baxış
Banan qabığının 5 bilinməyən faydası

Banan olduqca dadlı və faydalı meyvədir. Ancaq bananın qabığının faydalı olduğundan yəqin ki, xəbərsizsiniz. Çünki çox vaxt bu meyvənin qabığı atılır. Halbuki banan qabığı ilə bir çox problemi həll etmək olar.

1.Banan qabığının tərkibindəki maddələr ağcaqanad sancmasına qarşı faydalıdır. Qabığın içi ilə ağcaqanad sancan bölgəni ovun. Bu qaşınmanın qarşısını alacaq və iz qalmamasını təmin edəcək.

2. Ayaqlardakı döyənəklər üçün banan qabığı qədər faydalı vasitə yoxdur. Qabığın içini sıyırıb əldə etdiyiniz ağ kremə bənzər kütləni döyənəyin üzərinə yaxın. Daha sonra üstünü sarıyın. Bir neçə saat saxladıqdan sonra açıb təmiz su ilə yuyun.

3. Bananın qabığı sızanaqlar və ət xallarını da sağaldır.

Qabığın iç tərəfini problem olan bölgəyə çəkin. Bir neçə saat sonra yuyun. Davamlı olaraq həftədə 3-4 dəfə tətbiq etdikdə inanılmaz nəticəni özünüz müşahidə edəcəksiniz.

4.Banan qabığı diz ağrılarından da xilas edən təsirli vasitədirr. Əgər sizin də dizləriniz ağrıyırsa, banan qabığıyla dizləri ovun. Banan qabığı ümumiyyətlə, oynaq ağrılarında effektlidir.

5.Tərkibindəki potasiyum və yağlar onun ayaqqabıya parlaqlıq verməsinə səbəb olur. Bəli, banan qabığı ilə ayaqqabınızı cilalaya bilərsiniz.

Ayaqqabını qabığın içi ilə ovub, sonra quru parça ilə təmizləmək kifayətdir.

Bəli artıq bu meyvənin qabığını lazımsız hesab edib atmadan öncə bir daha düşünün.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR