Kliçko barədə klip hazırlandı (VİDEO)
Bizi izləyin

Bilgi.az

Kliçko barədə klip hazırlandı (VİDEO)

Krım prokuroru Natalya Poklonskaya haqqında hazırladığı "Nyash Myash" video çarxından sonra sosial şəbəkədə daha da məşhur olan bloger Enjoykin yeni klip hazırlayıb.

Publika.az-ın məlumatına görə, onun yeni klipi "Sabahkı gün" adlanır və Kiyevin meri Vitali Kliçko haqqındadır.

Video çarxı YouTube-da iki gün ərzində yarım milyon baxış yığıb.

"Bu gün hamı sabahkı günə baxa bilmir. Daha doğrusu, baxmağı hamı bacarır, amma hamı görmür", - Kliçko belə "ifa edir".

Xüsusi kollajlarla rusdilli videoları dəyişdirən məşhur bloger Enjoykin apreldə krım prokuroru Natalya Poklonskaya haqqında klip çəkdi, video yalnız bir gün ərzində YouTube-da milyon baxış topladı.

Bloger yeni videosu üçün televiziya süjetlərindən, Kliçkonun mətbuat konfransının fraqmentlərindən istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm