Üzən ev hamını heyran etdi (FOTO)
Bizi izləyin

Bilgi.az

Üzən ev hamını heyran etdi (FOTO)

Çexiyanın "AtelierSAD" memarlıq şirkətinin mütəxəssisləri üzən evin layihəsini hazırlayıblar.

Publika.az-ın məlumatına görə, ev çox asanlıqla demontaj edilən ayrı-ayrı hissələrdən (modullardan) ibarətdir. Odur ki, onu asanlıqla söküb istənilən yerdə quraşdırmaq mümkündür. Memarlar təbii materiallardan düzəldiləcək evə "PORT X" adı veriblər.

Nəinki suda, eləcə də quruda quraşdırıla bilən "PORT X" modulların ölçülərindən asılı olaraq böyüdülə bilər.

Layihə müəllifləri hesab edirlər ki, üzən evdən ofis kimi də istifadə etmək olar. Belə ki, şirkət böyüdükcə, onun ofisinin sahəsi də genişlənəcək.










AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm